ELM VƏ TƏHSİL
Respublika fənn olimpiadalarının final turu keçiriləcək
Bakı, 8 may, AZƏRTAC
Mayın 25-də Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Respublika fənn olimpiadalarının final turu keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, final turuna yarımfinal mərhələsində yüksək nəticə göstərmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla qatılacaqlar. Doqquzuncu və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-cu və 11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla öz aralarında yarışacaqlar.
Olimpiadada ümumilikdə 533 şagirdin iştirakı nəzərdə tutulub. Final turuna qeydiyyat prosesi mayın 15-dək www.olimpiada.edu.az saytı vasitəsilə keçiriləcək.
Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.