Roma prokurorluğu paytaxtda yığışdırılmayan zibillərə görə araşdırmaya başlayıb
Roma, 13 iyul, AZƏRTAC
Roma prokurorluğu şəhərdəki yaşayış və qeyri-yaşayış ətrafı ərazilərdə yığışdırılmayan zibillərlə bağlı araşdırmaya başlayıb.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, araşdırma isti yay günlərində sağlamlıq üçün təhlükə yaradan, həftələrlə yığışdırılmayan tullantılarla əlaqədar vətəndaşların və təşkilatların bir neçə dəfə etdikləri şikayətdən sonra başladılıb.
Yerli məhkəmə mənbələrinin məlumatına əsasən, Prokuror Nunçio D'Eliya tərəfindən aparılan araşdırma nəticəsində tullantıların idarə edilməsinə dair təbiəti mühafizə kodeksinin pozulması da daxil olmaqla irəli sürülən ittihamlara baxılacaq.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]