DÜNYA
Rosturizm: Türkiyə, Misir və Tunis rusiyalı turistləri qəbul etməyə hazırdır
Bakı, 2 mart, AZƏRTAC
Türkiyə, Misir və Tunis rusiyalı turistləri qəbul etməyə hazırdır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Rosturizm” agentliyindən bildiriblər.
Məlumata görə, Türkiyə, Misir və Tunis rusiyalı turistləri gözlədiklərini təsdiqləyiblər. Bu üç populyar turizm ölkəsi RF vətəndaşlarının gəlişini dayandırmaq və ya məhdudlaşdırmaq niyyətində deyil. Əksinə, onlar Rusiyadan turist axınının artmasında maraqlıdırlar.
Avropa İttifaqı ölkələri, Kanada və ABŞ Moskvanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən öz hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıb və bu ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edib. Rusiyadan Avropaya uçuşlar üçün alternativ kimi yalnız Dubay, Əbu-Dabi və Doha aeroportları qalıb.