Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Rusiya-Azərbaycan: mədəni kodun ümumiliyi

Rusiya-Azərbaycan: mədəni kodun ümumiliyi

Moskva, 19 noyabr, AZƏRTAC 

Mədəniyyət insanların siyasi və estetik baxışlarından, dini mənsubiyyətindən və dövlət sərhədlərindən asılı olmayaraq onları birləşdirir. Ona görə də VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu bütün dünyada böyük maraq doğurub: 96 ölkədən 35 min mədəniyyət işçisi Rusiyanın şimal paytaxtına toplaşıb.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya AZƏRTAC-ın müxbiri ilə söhbətində ənənələr və müasirlik, incəsənətin xalqlar arasında münasibətlərə təsiri barədə danışıb.

-Nataliya Rudolfovna, forumun təşkilatçıları onun mövzusunu “qloballaşma şəraitində mədəni kodlar” kimi ifadə ediblər. Şəxsən siz bu anlayışa necə məna verirsiniz?

-Qloballaşma bir tərəfdən dövlətləri birləşdirir, lakin, eyni zamanda, o, ölkələrin mədəni bənzərsizliyini azaldır, yeni texnologiyaların geniş yayılması isə ənənəvi dəyərlərin tədricən aradan qaldırılması prosesinin katalizatoruna çevrilir. Buna görə də bütün planetdəki mədəniyyət xadimləri həm ənənələrin və yaradıcı eksperiment hüququnun və ya yaradıcılıqda avanqard ilə klassikanın tarazlığının qorunub saxlanması kimi əbədi problemlər, həm də milli və etnomədəni identikliyi qoruyub saxlamaqla bütün dünya üçün açıqlığın uzlaşdırılması məsələləri üzərində düşünürlər. Bunu edə biləcək insanlar azdır. Ona görə də keçmişin irsi ilə bugünkü novasiyalar arasında tarazlığı qoruyub saxlaya bilən ayrı-ayrı yaradıcı insanların və bütöv ölkələrin təcrübəsi çox əhəmiyyətlidir. Deyə bilərəm ki, Azərbaycan belə uğurlu nümunələrdən biridir. Bu ölkədə ən qədim mədəniyyətlərdən birinə xas olan abidələr və insan təxəyyülünü heyrətə gətirən göydələnlərlə təmsil olunmuş müasir memarlıq nümunələri üzvi şəkildə birləşir.

-Sizin fikrinizcə, nə üçün məhz Azərbaycan ənənələrlə müasirliyin bu cür ahəngdar şəkildə qovuşmasına nail ola bilib?

-Məncə səbəb budur ki, Şərq ilə Qərbin, Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşən Azərbaycan ta qədim dövrlərdən bütün etnosların, dinlərin və mədəniyyətlərin sərbəst inkişaf etməsinə imkan verib. Buna görə Azərbaycan torpağında mədəni ənənələri qoruyub saxlamaq və bərabər şərtlərlə mədəniyyətlərarası dialoq aparmaq istəyi qalır. Xatırlamaq yerinə düşər ki, 2008-ci ildə Azərbaycan dünyanın bütün ölkələrinin mədəniyyət nazirlərini və dövlətlərarası təşkilatları sivilizasiyalar dialoquna qoşulmağa dəvət etdi. 2001-ci ildən başlayaraq Bakıda beynəlxalq humanitar forum keçirilir və bütün bunlar Azərbaycanın dünya mədəniyyətinə sanballı töhfəsi olub.

Azərbaycan həm də öz mədəni dəyərlərinin qorunub saxlanması siyasətində dünyaya nümunə göstərir: UNESCO-nun Dünya İrsi Komitəsinin bu il yayda Bakıda keçirilmiş 43-cü sessiyasında Azərbaycanın qədim Şəki şəhərinin tarixi mərkəzi Dünya İrsi Siyahısına daxil edilib. Şəki şəhəri Bakıdakı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə yanaşı, Azərbaycan ərazisində Dünya İrsi Siyahısına daxil edilmiş üçüncü obyektdir.

-Bununla bərabər, zənnimcə mübahisə etməzsiniz ki, son illərdə texnologiyalar insanın mədəniyyət və incəsənət sahəsi ilə qarşılıqlı təsirini əsaslı şəkildə dəyişdirib?

-Əlbəttə, internet mədəni sahədə qarşılıqlı mübadiləni sadələşdirib: bu gün çoxsaylı elektron məkanlarda kulturoloqların mühazirələrini dinləmək, teatr tamaşalarının videoyazılarına baxmaq və dünyanın ən yaxşı muzeylərinin kolleksiyaları ilə tanış olmaq mümkündür. Bütün bunlar yeni və sərbəst mədəni seçim imkanları deməkdir, lakin hesab edirəm ki, hər hansı texnoloji yeniliklər incəsənət əsərləri ilə sıx təmasda olmaq üçün canlı musiqi və şəkil qalereyaları qədər geniş imkan vermir.

Forumda “YARAT” Müasir İncəsənət Mərkəzinin nümayəndələri çıxış ediblər. Bu gənclər müasir Azərbaycan rəssamlarını dəstəkləməklə və onların yaradıcılığını populyarlaşdırmaqla mədəniyyətə öz töhfələrini verirlər. 2013-cü ildə Venesiyada keçirilmiş müasir incəsənət biennalında “YARAT” tərəfindən təqdim edilmiş “Love Me, Love Me Not” ekspozisiyasına Azərbaycan, Rusiya, İran və Gürcüstan rəssamlarının əsərləri daxil idi. Bundan əlavə, “YARAT” Müasir İncəsənət Mərkəzində gənc rəssamlar üçün ustad dərsləri, mühazirələr və kurslar təşkil edilir. Bütün bunların sayəsində təsviri incəsənət rəqəmsal formatda donmur, canlı və təkamül edən sənəd kimi qalmasına imkan verir.

-Forumun proqramında “Arşın mal alan” filminin bərpa olunmuş versiyasının nümayiş etdirilməsi nəzərdə tutulur. Sizin fikrinizcə, Rusiya ilə Azərbaycan arasında mədəni mübadilə üçün bunun əhəmiyyəti nədən ibarətdir?

-Tarix bəzən əlamətdar təkrarlar üçün seçim edir. Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli özünün “Arşın mal alan” operettasını məhz 1913-cü ildə, Sankt-Peterburq Konservatoriyasında oxuduğu vaxt yazıb. 1945-ci ildə bu operetta əsasında çəkilmiş film dünyanın 136 ölkəsində nümayiş etdirilib. Bir əsrdən də çox müddətdən sonra həmin kinolent operettanın yaradıldığı şəhərdə nümayiş etdirilir. Məgər bu təəccüblü deyilmi? Lakin demək istəyirəm ki, ölkələrimiz arasında mədəni əlaqələr təkcə bu hadisə ilə əlamətdar deyil. Axı, bu forum, obrazlı şəkildə desək, əsl mədəni məhsullar yarmarkasına çevrildi, forum çərçivəsində 90-dan çox saziş imzalandı.

-Siz Rusiyanın teatr tamaşalarının videoyazılarının Azərbaycana verilməsi haqqında protokolu nəzərdə tutursunuz?

-Əlbəttə. Cari il Rusiyada “Teatr ili” olduğuna görə bu cür video-yazılar Azərbaycanın estafeti qəbul etməsinə və teatr sahəsində əməkdaşlığımızı genişləndirməyə imkan verəcək. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova forumun kuluarlarında özünün təmsil etdiyi ali məktəb ilə Rusiya Dövlət Kinematoqrafiya İnstitutu arasında əməkdaşlıq barədə söhbət edirdi. Bu ali məktəblər arasında saziş çərçivəsində təcrübə və tələbə mübadiləsi fəallaşdırılır, yay məktəbləri və ustad dərsləri təşkil edilir. Bizim mədəniyyət xadimləri perspektiv üçün işləyir, sabah incəsənətdə hansı istiqamətlərin aktual olacağını anlamaq üçün yaxın gələcəyə nəzər salmağa çalışırlar.

-Qarşıdan gələn 2020-ci ildə Azərbaycana Sankt-Peterburq Mədəniyyət Forumunun fəxri qonağı statusu verilməsini necə şərh edərdiniz?

-Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun (bizim mərkəz bu qrupun himayəsi altında işləyir) rəhbəri Dmitri Savelyev əmindir ki, şərqsayağı parlaq, bənzərsiz Azərbaycan mədəniyyəti forum iştirakçılarına fantastik təsir bağışlaya bilər. Bu, həm rusiyalıların bizə ruhən yaxın olan ölkənin tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmasına, həm də forumun nüfuzu sayəsində Azərbaycanın yaradıcı şəxsiyyətlərinin şöhrətini, onların öz sənətində ənənələrlə müasirliyi bacarıqlı şəkildə əlaqələndirməsini bütün dünyaya bəyan etməyə imkan verəcək. Mədəniyyət isə, hətta qloballaşma dövründə də hər kəs üçün anlaşıqlı olan universal koddur.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keniya vergi qanunu ləğv edildikdən sonra 7,7 milyard dollar borc almağı planlaşdırır

Avro-2024: İspaniya millisi 1/4 finalda Almaniyaya rəqib olub

Kürdəmirdə minik avtomobili qoyun sürüsünü vurub, 15 heyvan tələf olub

Kiyevə raket hücumu olub, xəsarət alanlar var

Fransa: İfrat sağçılar hakimiyyətə doğru

Azərbaycan boks millisi Avropa çempionatını dörd medalla başa vurub

Bakı-Astara magistralında “Tır” yük avtomobili yanıb - YENİLƏNİB VİDEO

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu olub

Avro-2024: İngiltərə millisi əlavə vaxta qalib gələrək 1/4 finala yüksəlib

Füzuliyə AZAL-ın müntəzəm reysləri açılır

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib

Qazaxıstanın Aktau şəhərində Atom Elektrik Stansiyasının tikintisi təklif olunur

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Şuşada ilk dəfə Kəlağayı festivalı təşkil olunub

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Zelenski: ABŞ Ukraynanın NATO sammitinə dəvət edilməsinin tərəfdarı deyil

Dizayner Toğrul Babayev: Dizayn sahəsi perspektivli gənclərimiz üçün gələcəyə açılan qapıdır

Azərbaycan güləşçiləri “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 3 medal qazanıblar

İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonunda ağacların kəsilməsi faktını araşdırıb

“Demirören Holdinq”in rəhbəri: Qarabağın bərpasına investisiya qoyuruq

“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb

"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb

Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid test imtahanı keçirilib

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb VİDEO

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb