Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rusiya Prezidenti Dmitri Medvedev MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayevaya “Dostluq ordeni” təqdim etmişdir

Moskva, 20 iyun (AZƏRTAC). Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya Rusiya Federasiyasının ali dövlət mükafatını - “Dostluq ordeni”ni təqdim etmişdir.

Rusiya ilə dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdikləri böyük töhfəyə görə əcnəbi vətəndaşlara Rusiyanın dövlət mükafatlarının təqdim olunmasına həsr edilmiş təntənəli mərasim Rusiya Prezidentinin Moskva yaxınlığındakı “Qorki” iqamətgahının Mavi zalında keçirilmişdir.

D.Medvedev qonaqları salamlayaraq qeyd etmişdir ki, bu zala toplaşan insanlar Rusiya ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün çox iş görmüşlər. “Mən bu sözün ən geniş mənasında - həm iqtisadiyyat, həm də humanitar əlaqələr, mədəniyyət sahəsində əməkdaşlığı nəzərdə tuturam. Çalışdığımız illər ərzində gördüyünüz bütün işlərə görə sizə ürəkdən təşəkkür etmək istərdim”, - deyən Rusiya Prezidenti bildirmişdir ki, bir məqam xüsusilə fərəh doğurur, bu insanlar üçün Rusiya ilə işləmək onların taleyinin bir hissəsinə çevrilmişdir. Bunun böyük əhəmiyyəti ondadır ki, ölkələrimiz arasında münasibətlər ən əlverişli ssenari üzrə inkişaf etmişdir. Bununla əlaqədar D.Medvedev demişdir: “Siz çox müxtəlif ölkələri təmsil edirsiniz. Bizim dövlətimiz - Rusiya Federasiyası həmin ölkələrlə inkişaf etmiş konstruktiv, mehriban qonşuluq münasibətləri saxlayır və heç şübhəsiz, bu mehriban münasibətlərdə sizin əməyinizin bir hissəsi vardır”.

Dmitri Medvedev giriş nitqindən sonra “Dostluq ordeni”ni professor Nərgiz Paşayevaya təqdim etmişdir.

Professor Nərgiz Paşayeva Rusiyanın ali dövlət mükafatı ilə təltif edilməsinə, ona göstərilmiş yüksək etimada və fəaliyyətinin qiymətləndirilməsinə görə Prezident Dmitri Medvedevə dərin təşəkkürünü və minnətdarlığını bildirmişdir.

Nərgiz xanım Paşayeva demişdir: Cənab Prezident, Sizin göstərdiyiniz diqqət və dəstək bizi ruhlandırır və belə bir inam hissi aşılayır ki, sən həqiqətən nə isə faydalı və mühüm iş görürsən. “Dostluq ordeni” ali, gözəl məna və əhəmiyyətə malik olan xüsusi mükafatdır. Çünki ən yaxşı arzular və ümidlər dostluqda yaranır. Biz sülhü məhz dostluqda axtarırıq və bunun naminə özümüzdə olan ən yaxşı cəhətləri səfərbər edirik. Bu gün dünya partlayış təhlükəsi ilə üz-üzədir. Lakin yer üzündə müxtəlif millətlərə, məzhəblərə, peşələrə mənsub olan milyonlarla insan yaşayır. Onlar həyata inanırlar. Onlar həm də dostluq, sülh, humanizm ideallarına sadiqdirlər. Onlar ümummilli və ümumbəşəri mədəniyyətin qorunub saxlanması və birləşməsi naminə öz nurlu qəlbinin bir hissəsini, öz qüvvələrini, öz əməklərini, öz istedadlarını verirlər. Rusiya torpağında bu cür insanlar, bu cür şəxsiyyətlər həmişə çox olmuşdur. Böyük rus mədəniyyəti həmişə bu cür insanlarla zəngin olmuşdur. Qüdrətli və əzəmətli rus mədəniyyəti dünyanın bir sıra xalqlarının, bir sıra mədəniyyətlərinin bəhrələnmiş olduğu, bəhrələndiyi və bəhrələnəcəyi tükənməz bir çaya, çeşməyə - canı, ruhu olan bir çeşməyə oxşayır.

Mən xoşbəxtəm və fəxr edirəm ki, MDU-nun Bakı filialının rəhbəri kimi, bir vətəndaş kimi ictimaiyyətə xidmət sahəsində fəaliyyətimlə böyük rus mədəniyyətini təmsil və təbliğ edə bilirəm. Bədii-estetik fikrə, rus fikrinə xas olan intellektin, müdrikliyin, gözəlliyin, insansevərliyin, alovlu qəlbin, məftun ruhun heyrətamiz vəhdəti və sintezi bu mədəniyyəti bütün dünyada bənzərsiz və təkrarsız edir.

Azərbaycan-Rusiya tarixi-mədəni əlaqələrinin dərin və qırılmaz kökləri vardır. Qoy inkişaf etməkdə olan bu mədəni əlaqələr həmişə möhkəmlənsin və genişlənsin. Çünki məhz mədəni əlaqələr xalqları ucaldır və yaxınlaşdırır, onları daha möhkəm edir və nəticə etibarilə insanları və xalqları birliyə gətirib çıxara bilər. Dahi Puşkin vaxtilə belə vəsiyyət etmişdi: “Ey xalqlar, çəkişmələri unudun, vahid ailədə birləşin”. Qoy yer üzündə sülh olsun, xalqlarımıza, bir-birinə yaxşılıq, sülh və xoşbəxtlik arzulayan yer üzünün bütün insanlarına tale yar olsun.

X X X

“Dostluq ordeni” ilə təltif edilənlər arasında “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının üzvü Burkhard Berqman (Almaniya), Rusiyadakı Amerika Ticarət Palatasının prezidenti Endrü Somers (ABŞ), “Knyaz Dmitri Romanovun xeyriyyə fondu”nun sədri Dmitri Romanov (Danimarka Krallığı), Vyetnam Sosialist Respublikası Milli Məclisinin mədəniyyət, təhsil və gənclərin işləri üzrə komissiyasının sədri Çonq Thi Dao, “Capen Tabakko İnternəşnl” şirkətinin prezidenti Pyer De Labuşer (Fransa) də vardır.

D.Medvedev Monqolustan nümayəndəsini “Şərəf” ordeni ilə, Livan və Serbiya nümayəndələrini “Puşkin medalı” ilə təltif etmişdir.

Sonda D.Medvedev demişdir ki, zalda toplaşmış bu cür görkəmli və istedadlı insanlara mükafatlar təqdim etməkdən böyük sevinc duyur. “Sizdən bizim ölkəmiz haqqında xoş rəylər, sizin təmsil etdiyiniz ən müxtəlif ölkələr arasında münasibətlərin hərtərəfli möhkəmlənməsinin zəruri olması barədə fikirlər eşitmək mənə xoş idi”, - deyən RF Prezidenti vurğulamışdır ki, praktiki olaraq hər bir dövlətdə həmişə onun öz problemləri olur, lakin biz həmin problemləri sizin öz proqramlarınız çərçivəsində göstərdiyiniz dəstəyin köməyi ilə və ya sadəcə, hər gün fədakarlıq göstərərək həyata keçirdiyiniz bu cür aktiv fəaliyyət sayəsində - öz sənətinizə, öz peşənizə xidmət edəndə, biz həmin problemləri həll etməyə çalışanda, bax bu vəziyyətdə başa düşürük ki, bəşəriyyətin gələcəyi yaxşı olmalıdır.

Rəsmi hissədən sonra Dmitri Medvedev və mərasim iştirakçıları xatirə şəkli çəkdirmişlər.

X X X

 Nərgiz Paşayeva Azərbaycan KİV-lərinə müsahibəsində bu hadisənin əhəmiyyətini qiymətləndirərək demişdir: “Bu, mənim həyatımda, taleyimdə xüsusi bir gündür. Bu, mənim təltif edildiyim ilk dövlət mükafatıdır və mərasim çox yaxşı, gözəl keçdi. Mən fəxr edirəm və xoşbəxtəm ki, Azərbaycan və Rusiya mədəniyyətlərarası münasibətlərinin tarixinə müəyyən töhfə verə bilirəm. Ümid edirəm ki, məhz mədəni əlaqələr sayəsində yer üzündə insanlar, xalqlar bir-birinə yaxın olacaqlar. Biz, bunda marağı olan, buna ruhunu və qəlbini sərf edən insanlar bu gün, indi edə biləcəyimiz işləri gələcək nəslin çiyninə qoymayacağıq”.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

######

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Putin və Lukaşenko Astanada ŞƏT sammiti çərçivəsində görüşəcəklər

Media: ABŞ NATO-nun Polşadakı bazasına “Abrams” tanklarını və digər hərbi texnikanı köçürüb

Mavritaniyanın hazırkı prezidenti seçkilərdə qalib gəlib

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb

Karib dənizində “Beril” qasırğasının sürəti ən yüksək həddə çatıb

Keniya vergi qanunu ləğv edildikdən sonra 7,7 milyard dollar borc almağı planlaşdırır

Avro-2024: İspaniya millisi 1/4 finalda Almaniyaya rəqib olub

Kürdəmirdə minik avtomobili qoyun sürüsünü vurub, 15 heyvan tələf olub

Kiyevə raket hücumu olub, xəsarət alanlar var

Fransa: İfrat sağçılar hakimiyyətə doğru

Azərbaycan boks millisi Avropa çempionatını dörd medalla başa vurub

Bakı-Astara magistralında “Tır” yük avtomobili yanıb - YENİLƏNİB VİDEO

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu olub

Avro-2024: İngiltərə millisi əlavə vaxta qalib gələrək 1/4 finala yüksəlib

Füzuliyə AZAL-ın müntəzəm reysləri açılır

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib

Qazaxıstanın Aktau şəhərində Atom Elektrik Stansiyasının tikintisi təklif olunur

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Şuşada ilk dəfə Kəlağayı festivalı təşkil olunub

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Zelenski: ABŞ Ukraynanın NATO sammitinə dəvət edilməsinin tərəfdarı deyil

Dizayner Toğrul Babayev: Dizayn sahəsi perspektivli gənclərimiz üçün gələcəyə açılan qapıdır

Azərbaycan güləşçiləri “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 3 medal qazanıblar

İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonunda ağacların kəsilməsi faktını araşdırıb

“Demirören Holdinq”in rəhbəri: Qarabağın bərpasına investisiya qoyuruq

“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb

"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb

Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid test imtahanı keçirilib

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb VİDEO

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var