Rusiyanın “Spektr-R” kosmik teleskopu ilə rabitə itib
Bakı, 12 yanvar, AZƏRTAC
Rusiyanın kosmosda yeganə teleskopu “Spektr-R” ilə rabitə itib. Bunu jurnalistlərə müsahibəsində Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Astrokosmos Mərkəzinin direktoru, akademik Nikolay Kardaşev bildirib.
AZƏRTAC “RİANovosti” agentliyinə istinadla xəbər verir ki, akademik rabitənin bərpa olunması üçün təcili tədbirlər həyata keçirildiyini deyib. Onun sözlərinə görə, kosmik teleskopun bəzi hissələri sıradan çıxıb və siqnalların bir qismi yox olub. Kardaşev teleskopla əlaqənin tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu bildirib.
N.Kardaşev əlavə edib ki, kosmik teleskop Yerdən komandaları qəbul etmir, lakin kosmosdan məlumatlar ötürə bilir. İkitərəfli rabitə əlaqəsinin bərpa olunması üçün bir neçə cəhdin uğursuzluqla nəticələndiyini deyən akademik diqqətə çatdırıb ki, “Spektr-R”in qarantiya müddəti iki il əvvəl başa çatıb. N.Kardaşev vurğulayıb: “Peykin tamamilə məhv olmadığı qənaətindəyik, lakin əlaqənin bərpası baş tutmazsa, biz onun vasitəsilə həyata keçirilən “Radioastron” layihəsini dayandırmalı olacağıq.
“Roskosmos” agentliyindən bildiriblər ki, 2016-cı ildə teleskopun fəaliyyətinin dayandırılması nəzərdə tutulurdu, lakin onun fəaliyyət müddəti 2019-cu il avqustun 31-dək uzadılıb.
Yaz aylarında yeni rus-alman teleskopu “Spektr-RG”nin kosmosa göndərilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
- 07.06.2026 [12:21]
Kayseridə güclü yağış və dolu həyatı iflic edib
- 07.06.2026 [11:44]
Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]