Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Ruslan Quliyev: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır

Ruslan Quliyev: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır

Bakı, 22 may, AZƏRTAC

Turizm və xidmət sektoru hazırda dünya iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib. Bu sahədə baş verən ardıcıl qlobal iqtisadi böhranlara baxmayaraq, bu imkanlardan yararlanan və potensialı olan ölkələrə səyahət edən insanların sayı da ildən-ilə artmaqdadır. Beynəlxalq səfərlər getdikcə çoxalır və bu, turizm sektorunu iqtisadi inkişafın mühüm amili kimi möhkəmlədir.

Turizmin inkişafına xüsusi önəm verən və bunun üçün yüksək imkanlara malik olan Azərbaycanda da bu sahə üzrə göstəricilər getdikcə artır. Burada təbiətin verdiyi tükənməz imkanlarla yanaşı, bu sahədə dövlət və özəl sektorun qarşılıqlı əməkdaşlığının, sahəyə məsul qurumların fəaliyyətinin, ən yüksək standartlara malik infrastrukturun qurulmasının, turizmin, demək olar ki, bütün növlərinin inkişafına önəm verilməsinin və sadalamadığımız digər amillərin rolu vardır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Milenium Konqres Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev deyib.

Son illər turizm sahəsi üzrə imzalanan fərman və sərəncamlar ölkədə bu sahənin inkişafına çox böyük töhfələr verməkdədir

“İlk növbədə onu qeyd edim ki, son illər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən turizm sahəsi üzrə imzalanan fərman və sərəncamlar ölkədə bu sahənin inkişafına çox böyük töhfələr verməkdədir. Ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı və “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” ilə bağlı Fərmanı respublikada turizm sektorunun inkişafının yeni və mühüm mərhələsi kimi dəyərləndirilir. Bu sənədlərdəki vəzifələr milli iqtisadiyyatin əsas sektorları kimi turizm sənayesinin də yaxın 10 il ərzində çoxşaxəli və fundamental inkişafının ana xəttini təşkil edəcəkdir. Xüsusən beynəlxalq təcrübəyə əsaslanan turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştləri və imtiyazların tətbiqi, Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə peşə-ixtisas təhsili müəssisələrinin yaradılması, müxtəlif təyinatlı və çeşidli turizm festivallarının təşkili turizm sektoru təmsilçiləri tərəfindən minnətdarlıqla qarşılanır”,- deyə R.Quliyev vurğulayıb.

Onun sözlərinə görə, son illər ölkəmizin böyük miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin nəticəsidir ki, Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır. Artıq Azərbaycanın adı digər sahələrlə yanaşı, turizm istiqamətində də regionun lider dövləti kimi təqdim edilir. Təkcə bu ilin ötən müddətində Bakı UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, artıq 4-cü dəfə “Bakı Avropa Qran-Prisi” adı altında baş tutan “Formula 1” yarışlarına və sair bu kimi beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər zamanı paytaxtımıza və regionlarımıza minlərlə turist səfər edib, gələn qonaqların iştirakı ilə ölkəmizin tanıtımına dair sərgilər, mədəni proqramlar həyata keçirilir, müxtəlif turpaketlər təqdim edilir. Bütün bunlar isə təbii ki, perspektivdə yeni turist axını və ölkə iqtisadiyyatının turizmdən daha çox faydalanması deməkdir.

Turizmin inkişafını stimullaşdıran digər bir səbəb qanunvericilik sahəsində həyata keçirilən tədbirlərdir

Milenium Konqres Turizm şirkətinin rəhbəri bildirib ki, Azərbaycanda turizmin inkişafını stimullaşdıran digər bir səbəb qanunvericilik sahəsində həyata keçirilən tədbirlərdir. 2016-cı ilin iyun ayında dövlət başçısı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərman imzalayıb. 2017-ci ilin yanvarından isə sənədə uyğun olaraq “ASAN Viza” portalı fəaliyyət göstərir. Bu portalın yaradılmasında məqsəd ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativlik və şəffaflığın təmin edilməsidir. Elektron viza almaq üçün zəruri olan məlumatları daxil edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs müəyyən olunmuş dövlət rüsumunu ödəyərək 3 iş günü müddətində vizanı əldə edə bilir.

Artıq “Turizm haqqında” Qanunun 7-1 (Turist vizası) maddəsinə edilən əlavəyə görə elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən gec 3 saat müddətində müraciətə baxılır.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri vurğulayıb ki, ötən il yanvarın 31-də aeroportlarda əcnəbilərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında daha bir müvafiq fərman imzalanıb. Sənədə əsasən 2018-ci il mayın 15-dən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təmin edir.

Bundan başqa, 2017-ci ildə Milli Məclisdə “Turizm haqqında” yeni Qanunun müzakirələri aparılıb. Qanunun tətbiqi ölkəmizdə turizmin inkişafına öz müsbət təsirini göstərəcək və bir çox istiqamətlərdə müsbət tendensiyaların yaranmasına səbəb olacaq. Qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını müəyyənləşdirir.

Ruslan Quliyev deyib ki, qanunun qəbulu ilə bölgələr üzrə brendləşmə yaranacaq, regionda mövcud olan tarixi mədəniyyət abidələrinin qorunması güclənəcək, yerli sakinlərin yaşayış səviyyəsinin yaxşılaşmasına imkan yaranacaq. Eyni zamanda, kiçik və orta sahibkarlığın dəstəklənməsi imkanı yüksələcək, bölgələrdə əl işləri sənətkarlığına maraq artacaq, turizmdə xidmətlərin təhlükəsizliyi təmin olunacaq. Bütün bunların hamısı təbii ki, yeni turist sayı deməkdir.

Azərbaycanın sağlamlıq turizmi sahəsində çox geniş imkanlar mövcuddur

Azərbaycanın sağlamlıq turizmi sahəsində də çox geniş imkanların olduğunu bildirən R.Qiliyev deyib: “Ölkəmizdə mövcud olan termal sular, Naftalan nefti aparılan təbliğat nəticəsində dünyanın əksər ölkələrində populyarlıq qazanıb. Biz Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası olaraq bu istiqamətdə fəaliyyətimizi getdikcə genişləndiririk. Çox maraqlıdır ki, Azərbaycandakı sağlamlıq təsisatlarının heç biri bir-birinə rəqib deyil. Yəni, hərəsi bir dərdin dərmanıdır. Naftalan neftinin dünyada bənzəri yoxdur. Əsasən revmatizm, oynaq, dəri-zöhrəvi xəstəliklərinin müalicəsində istifadə olunur. Qalaaltı suyu böyrək daşlarının düşürülməsində, Duzdağ astma-bronxit xəstələrinin, Masallıdakı istisu mədə-bağırsaq sistemi xəstəliklərinin və s. müalicəsində müstəsna rol oynayır. Çox maraqlıdır ki, Naftalan neftini, mineral suları öz məkanlarından kənara apardıqda, müalicəsi həmin effekti vermir. Ona görə də onların hər birinin təbliğatını elə öz yerlərində aparmaq lazımdır. Əslində bu bizə Azərbaycan Termal və Sağlamlıq Turizminin İnkişafına Dəstək Assosiasiyası olaraq onları təbliğ etməyimiz üçün də heç bir maneə yaratmır. Müxtəlif beynəlxalq tədbirlərdə, sərgilərdə onların hər birini öz xüsusiyyətinə görə geniş təbliğ edə bilirik”.

Ötən il Naftalana müalicə məqsədilə 62 ölkədən 35 min turist gəlib

Assosiasiya rəhbərinin sözlərinə görə, sağlamlıq turizmini digər turizm növlərindən fərqləndirən ən başlıca xüsusiyyət onun ilin bütün fəsillərində rentabelli olmasıdır. Bu turizm növündə gecələmə sayı 7, 14 və 21 gündür. Bu da turistlərin mövsüm və qeyri-mövsümdə ölkəyə cəlb olunmasında böyük əhəmiyyət kəsb edir. Bir faktı nəzərinizə çatdırım ki, təkcə ötən il Naftalana müalicə məqsədilə 62 ölkədən 35 min turist gəlib. Bu, Azərbaycanın yalnız bir müalicə təsisatına gələn turist sayıdır. 

Azərbaycanda hazırda 600-dən çox mehmanxana fəaliyyət göstərir. Bu mehmanxanalardakı yerləşdirmə yerlərinin sayı 33 mini keçir. Təbii ki, ölkəyə gələn turistlərin sayı artdıqca, coğrafiyası genişləndikcə xidmət sektoru da keyfiyyətini artırır. Çünki turist istədiyi keyfiyyətli xidməti görmədikdə, yenidən gəlmir. Xidməti qaldırmaq üçün müxtəlif aidiyyəti dövlət qurumları və ictimai təşkilatlar tez-tez treninqlər, kurslar təşkil edirlər ki, bu da nəticədə öz sözünü deyir.

Azərbaycana gələn turistlərin sayı növbəti illərdə daha da artacaq

Aparılan hər bir təbliğatın, həyata keçirilən layihələrin son nəticəsinin ölkəmizə gələn turistlərin sayının artmasına səbəb olduğunu söyləyən Ruslan Quliyev bildirib ki, bunu statistikaya nəzər saldıqda daha aydın görə bilirik. 2019-cu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 28,0 faizi Gürcüstan, 27,4 faizi Rusiya Federasiyası, 11,3 faizi Türkiyə, 9,2 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,4 faizi İraq, 15,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Bununla yanaşı, Misirdən gələnlərin sayı 2,3 dəfə, Hindistandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,8 dəfə, Türkmənistandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, Çindən - 46,1 faiz, Yaponiyadan - 32,5 faiz, Gürcüstandan - 22,9 faiz, Omandan gələnlərin sayı isə 17,4 faiz artıb.

Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti deyib: “Təbii ki, ölkəyə gələn turistlərin sayına müvafiq olaraq yerləşdirmə yerlərinin sayı da artır. Hesab edirəm ki, Azərbaycana gələn turistlərin sayı növbəti illərdə daha da artacaq. Bu sahəyə həm dövlət tərəfindən göstərilən yüksək diqqət, həm də özəl sektorun marağı bunu deməyə əsas verir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub

Qubada qanunsuz tikintinin qarşısı alınıb VİDEO

“Bağçada rahat yer” musiqili tamaşası III Bakı Piano Festivalının yaddaqalan hadisəsi olub

Bakıda qanunsuz saxlanılan tapança oğurlanıb VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çimərlik turu təşkil edilib

İranda prezident seçkiləri: Pezeşkiyan və Cəlili ikinci tura keçib

Dövlət Vergi Xidməti ötən ay olan müraciətlərin hesabatını açıqlayıb

Sabahın hava proqnozu açıqlanıb

UNEC “Məzun günü” keçirib: bu il universiteti 5300-ə yaxın tələbə bitirir

“Turan Tovuz” iki futbolçu ilə müqaviləni yeniləyib

İspaniya futbol tarixinin ən yaxşı müdafiəçisi bəlli olub

Keniyada etiraz aksiyaları zamanı azı 30 nəfər ölüb

Hesabat: Ötən il Fransada irqçilik halları 32 faiz artıb

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib

Macarıstan Etnoqrafiya Muzeyi dünyanın ən yaxşı ictimai binası elan edilib

Azərbaycan basketbol hakimlərinin bilik və bacarıqları artırılır

ABŞ kəşfiyyat peykini orbitə çıxarıb

“Egemen Qazaqstan” qəzeti: Azərbaycanda medianın sərbəst fəaliyyəti üçün bütün şərait yaradılıb

Polis işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün tədbirləri davam etdirir

İtaliyalı ekspert: Azərbaycan karbohidrogen istehsalçısı kimi dünya iqtisadiyyatında mühüm yer tutur - MÜSAHİBƏ

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: Gürcüstan Avropa çempionatında yeni tarix yazdı

Amerikalıların 60 faizi Baydenin namizədliyinin əvəzlənməsini dəstəkləyib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi davam edir

Fiziki aktivliyin zəifliyi 1,8 milyard yetkin insanda xəstəliklərə səbəb olur

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Yanvar-may aylarında “Könüllü DOST” proqramına 530 nəfər cəlb olunub

Avrora Qrup 2024-cü il iyulun 2-də “Açıq qapı” günü elan edir!

Milli Kitabxanada “Çingiz Əlioğlu - 80” adlı kitab sərgisi açılıb

Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 25 cinayət açılıb