CƏMİYYƏT
Sabirabad rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən üç nəfər saxlanılıb
![Sabirabad rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən üç nəfər saxlanılıb](/files/2022/1/1200x630/1643620908882618733_1200x630.jpg)
Bakı, 31 yanvar, AZƏRTAC
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən üç nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sabirabad rayonunun Qalaqayın kənd sakinləri Ramil Orucov və Elşən Məmmədov saxlanılıblar. Həmin şəxslərin ünvanlara keçirilən baxış zamanı R.Orucova məxsus fərdi yaşayış evindən sellofan torbalarda qablaşdırılmış ümumi çəkisi 5 kiloqram 634 qram, E.Məmmədova məxsus evdən isə 140 qram marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində eyni cinayət əməli ilə məşğul olan Biləsuvar rayon sakini Heydər Qasımlı da yaxalanıb. Onun üzərinə keçirilən baxış zamanı üç büküm psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.