REGİONLAR
Sabirabadda yaşadığı ünvanı tərk edən iki COVID-19 xəstəsi saxlanılıb
![](/files/galleryphoto/2022/1/1200x630/16436092942291751549_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/16436092941164335813_1200x630.jpeg)
Sabirabad, 31 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda iki nəfər sakinə COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunsa da, həmin şəxslər qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə alan Sabirabad rayonu Qalaqayın kənd sakini Rasim Əliyev karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. O, kənd ərazisində şöbə əməkdaşları tərəfindən aşkar olunub və yaşadığı ünvana qaytarılıb.
COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicə təyin edilən rayonun Türkədi kənd sakini Hüsən Əliyev də qoyulan qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib. Polislər tibbi prosedurları gözləməklə onu yaşadığı ünvana geri qaytarıblar.
Hər iki şəxs barəsində Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.