SAHƏLƏRDƏKİ ÇƏTƏNƏ KOLLARI POLİS ƏMƏKDAŞLARI TƏRƏFİNDƏN MƏHV EDİLMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz kənd sakini Tərlan Qədirovdan 25,19 qram marixuana, onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 15,7 qram olan 14 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qarabörk kəndində yabanı halda bitmiş, çəkisi 437 kiloqram olan 1200 ədəd, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Böyük Kəsik kəndində yabanı halda bitmiş, çəkisi 1930 kiloqram olan 5514 ədəd, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəfərli kəndində yabanı halda bitmiş, çəkisi 2300 kiloqram olan 8200 ədəd, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Kərimli kəndində yabanı halda bitmiş, çəkisi 805 kiloqram olan 1850 ədəd çətənə kolları yığılaraq məhv edilmişdir.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]