SAHİBKARLARA YARDIM KURSLARI
Almaniya Texniki Əməkdaşlıq Təşkilatının maliyyə yardımı ilə sahibkarlara kömək məqsədilə Tovuz şəhərində 3 günlük biznes təlimi kursları təşkil olunmuşdur.
Təşkilatın Ağstafa şəhərində yerləşən ofisindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müdavimlərə gəlir əldə etmək yolları, yeni bazarın və müştərilərin tapılması metodları, kreditlərin əldə edilməsi və digər mövzularda mühazirələr oxunmuşdur.