İQTİSADİYYAT
Şahin Mustafayev: Sənaye parkları və məhəllələrində 45 rezident fəaliyyətə başlayıb
Bakı, 1 avqust, AZƏRTAC
Regionlarda yaradılmış 9 sənaye parkı və məhəlləsində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib.
Nazir diqqətə çatdırıb ki, nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib.