Şahmatçılarımız onlayn paralimpiadada Çili yığması ilə qarşılaşıblar
Bakı, 24 noyabr, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə keçirilən onlayn paralimpiada davam edir.
AZƏRTAC xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan komandası üçüncü turda Çili yığması ilə gücünü sınayıb. Şahmatçılarımızdan yalnız Aydın Şahpələngov qələbə qazanıb. Digər təmsilçilərimiz - Gennadi Gelman, Həbibulla Ağalarov, Nadejda Belyayeva rəqiblərinə məğlub olublar. Beləliklə, komandamız 3-cü turda 1:3 hesabı ilə məğlub olub.
Ötən iki turda komandamız Hindistan yığmasına 1:3 hesabı ilə məğlub olsa da, ikinci turda eyni hesabla Monqolustan komandasına qalib gəlib.
Yarış İsveçrə sistemi üzrə keçirilir və 7 turdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]