Şair Qulu Ağsəslə görüş keçirilib
Bakı, 3 iyun, AZƏRTAC
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəslə görüş keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Qulu Ağsəsin yaradıcılığı haqqında video nümayiş olunub. Şair yeni şeirlərini səsləndirib.
Qulu Ağsəs "Sənsən hər yer", "Külək poçtu" (ukrayınca), "Nabran novellası", "Nöqtələr", "Dan yeri” (ingiliscə) kitabının müəllifidir.