Salvadorda prezident seçkilərini Fələstin əsilli Nayib Bukele qazanıb
Bakı, 4 fevral, AZƏRTAC
Mərkəzi Amerikada yerləşən Salvadorda dövlət başçısı seçkilərində Fələstin əsilli namizəd Nayib Bukele qalib gəlib.
AZƏRTAC xəbər verir ki, Nacional radiostansiyasının yaydığı məlumata görə, dörd namizədin mübarizə apardığı seçkilərdə milli birlik üçün böyük ittifaq koalisiyasının namizədi Nayib Bukele təxminən 54 faizi səs toplayıb.
Seçkilərdə sağ mərkəzçi qüvvələr koalisiyasının namizədi Karlos Kalyexa 32 faiz səslə ikinci, iqtidarda olan sol mərkəzçi təmayüllü “Farabundo Marti adına Milli Azadlıq Cəbhəsi”ni təmsil edən sabiq xarici işlər naziri Uqo Martines isə 14 faiz səslə üçüncü sırada yer alıb. Martines seçkilərdə məğlubiyyətini artıq etiraf edib.
Nayib Bukele seçkinin ilk turunda yetərli üstünlük qazandığı üçün mart ayına planlaşdırılan ikinci tur keçirilməyəcək.
Qeyd edək ki, San-Salvador şəhərinin sabiq bələdiyyə sədri olan Nayib Bukelenin kökü XX əsrin əvvəllərində Fələstindən Cənubi Amerikaya mühacirət edən ailəyə dayanır. Atası məşhur müsəlman sahibkar və yerli imam olan Bukele 1981-ci ildə doğulub. O, 2012-ci ildə Nuevo Cuscatlan bələdiyyəsinin, 2015-ci ildə isə San Salvador bələdiyyəsinin sədri seçilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]