SALYANDA 2008-Cİ İLİN BİRİNCİ RÜBÜNÜN SOSİAL-İQTİSADİ YEKUNLARI MUZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC-ın muxbiri xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyətinin aprelin 22-də keçirilmiş geniş şura iclasında 2008-ci ilin birinci rübünün sosial-iqtisadi yekunları ətraflı muzakirə olunmuşdur.
Tədbir iştirakcıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə onunə gül dəstələri qoymuş, dahi şəxsiyyətin xatirəsinə ehtiram göstərmişlər.
Toplantıda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirov demişdir ki, birinci rübdə 2007-ci ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının ümumi həcmi 1 milyon 337 min manat və ya 30 faiz artaraq 5 milyon 185 min manata, pərakəndə satış 2 milyon 603 min manat və ya 18,1 faiz artaraq 16 milyon 993 min manata, pullu xidmət 778 min manat və ya 33,4 faiz artaraq 3 milyon 108 min manata, nəqliyyat xidməti 97 min manat və ya 44,3 faiz artaraq 316 min manata, poçt və rabitə xidməti 25 min manat və ya 31,3 faiz artaraq 105 min manata, investisiya qoyuluşu 1 milyon 176 min manat və ya 2,6 faiz artaraq 1 milyon 922 min manata çatmışdır.
Natiq daha sonra vurğulamışdır ki, regionların sosial-iqtisadi inkişafı Dovlət proqramına uyğun olaraq rayonda Olimpiya-İdman Kompleksi və 220 mva-lıq yarımstansiyanın tikintisi başa çatdırılmış, "Salyan Plastik Kütlə Emalı" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti bərpa olunmuş, Arbatan, Cuxanlı, Həsənli, Dayıkənd, Seyidlər və Sarvan kəndlərində 5200 metrə yaxın qaz xətti təzələnmiş, Gənclər xiyabanı abadlaşdırılmış, 5 min yerlik şəhər stadionu yenidən qurulmuş, Təzəkənd, Qardili və Yeni Uluxanlı kəndlərində yeni məktəblərin inşası sürətlənmiş, ulu öndər Heydər Əliyevin 85 illik yubileyi munasibətilə hələlik 74 min ağac əkilmişdir.
Məruzə ətrafında muzakirələrdə çıxış edənlər qazanılan uğurları qiymətləndirməklə yanaşı, qarşıda duran vəzifələri də göstərmiş, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin heç bir alternativi olmadığını vurğulamaqla qarşıdakı prezident seçkilərində də indiki ölkə başcısının çox böyük üstünlüklə qalib gələcəyinə əminliklərini söyləmişlər.
Axırda yığıncaq iştirakçıları adından ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunmuşdur.