İQTİSADİYYAT
“SAMUR” VƏ “YALAMA” GÖMRÜK POSTLARINDA NARKOTİK VASİTƏ VƏ AKSİZ MARKASI İLƏ MARKALANMAMIŞ ARAQ AŞKARLANMIŞDIR
Bakı, 3 yanvar (AZƏRTAC). Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiyadan Xaçmaz Gömrük İdarəsinin “Samur” postunun gömrük nəzarəti zonasına daxil olan “KAMAZ-5320” markalı, 51 BC 967 dövlət nömrə nişanlı avtomaşına gömrük baxışı keçirilmişdir.
Baxış zamanı avtomaşının sürücüsü Səfərov Cəmşid Səməd oğluna məxsus, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 144 “Russkoye zoloto”, 22 “Putinka”, 26 “Arbatskaya”, 6 “Parlament”, 204 “Russki qrafin”, 2 “Na beryozovıx boçkax”, 4 “Severka”, 2 “Russki standart”, 1 “Medal”, 1 “Moskovskaya”, 1 “Zelyonaya marka”, 24 “İmperatorskaya kolleksiya” markalı araq aşkar edilərək götürülmüşdür.
Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsi “Yalama” postunun gömrük nəzarəti zonasına daxil olan 32 nömrəli “Kiyev-Bakı” sərnişin qatarının 1-ci vaqonuna keçirilmiş gömrük baxışı zamanı polietilenə bükülmüş 7 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2024 [17:09]
® “Birbank”dan daha bir yenilik: “Ninja” təklifi artıq mobil tətbiqdə
- 22.05.2024 [16:52]
Türkiyənin ticarət donanmasının statistikası açıqlanıb
- 22.05.2024 [15:36]
İSB: Azərbaycanda hər 10 əmlakdan biri icbari sığortalanıb
- 22.05.2024 [15:14]
Cari ildə dövriyyədə olan ödəniş kartlarının sayı artıb
- 22.05.2024 [15:07]