SİYASƏT
Sankt-Peterburqda yüksək səviyyədə Rusiya-Türkiyə əməkdaşlıq Şurasının iclası keçirilir
![Sankt-Peterburqda yüksək səviyyədə Rusiya-Türkiyə əməkdaşlıq Şurasının iclası keçirilir](/files/2013/3/1200x630/14071451481960343367_1200x630.jpg)
Moskva, 22 noyabr (AZƏRTAC). Sankt-Peterburqda yüksək səviyyədə Rusiya-Türkiyə əməkdaşlıq Şurasının iclası keçirilir.
İclasda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. İclasdan əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə kiçik tərkibdə görüş keçirmişdir.
Türkiyənin Baş naziri iclasda çıxışında bildirmişdir ki, Rusiya və Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi , Suriya və İraqda vəziyyətlə əlaqədar öhdəlikləri vardır. Baş nazirin sözlərinə görə, aparılan danışıqlar bu məsələlərin nizama salınması üçün platforma yaratmağa imkan verir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva