İQTİSADİYYAT
Səbail və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır
Bakı, 4 oktyabr (AZƏRTAC). Paytaxtın Səbail və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaqdır.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bakı şəhəri Səbail rayonu Nizami küçəsində ötən əsrin 60-cı illərində çəkilmiş və uzun müddət istismarda olan 250 millimetr diametrli magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 4-5-də paytaxtın Səbail və Nəsimi rayonlarının bir hissəsinə-Nizami, Bülbül, R.Rza, Mərdanov qardaşları, M.İbrahimov, S.Vurğun, Ə.Topçubaşov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2024 [17:33]
SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib
- 14.06.2024 [22:19]
Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
- 14.06.2024 [19:11]
Rəqəmsal inkişaf və nəqliyyat naziri Siyəzəndə vətəndaşları qəbul edəcək
- 14.06.2024 [18:53]