Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şəbnəm Həsənova: Zirvə görüşü ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun daha bir göstəricisidir

Şəbnəm Həsənova: Zirvə görüşü ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun daha bir göstəricisidir

Bakı, 5 may, AZƏRTAC

Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi platformadır. Məhz bu amilin özü Hərəkatın müasir beynəlxalq münasibətlərin tənzimlənməsi prosesində tutduğu yerindən və rolundan xəbər verir. Dünya dövlətlərinin üçdəikisini əhatə edən bir təsisatın vacib toplantılarında müzakirəyə çıxarılan məsələlər BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da ciddi şəkildə təsir edir.

Bu fikirləri AZƏRTAC-a politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq qeyd edib ki, Qoşulmama Hərəkatına sədrlik müddətində təşkilatın bütün prinsiplərinə sadiq qalan Azərbaycan qurumun beynəlxalq münasibətlər sistemində rolunun daha da artması, eyni zamanda, Azərbaycanla üzv ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, milli maraqlarının təmin olunması istiqamətində ciddi addımlar atır. Bu amilin özü də BMT-dən sonra dünyanın ən böyük ikinci beynəlxalq təşkilatına sədrlik edən Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə xidmət edir. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi Azərbaycanın həm regional, həm də dünya miqyasında artan rolunun və bilavasitə Prezident İlham Əliyevin şəxsinə göstərilən yüksək diqqətin və hörmətin bariz nümunəsidir.

Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi Hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu faktı bir daha vurğuladı. Qoşulmama Hərəkatının bütün üzv dövlətləri də bu təşəbbüsü yekdilliklə dəstəkləyiblər. Bu amilin özü də cənab Prezidentin bir lider kimi beynəlxalq münasibətlərdə sistemində olan yüksək nüfuzundan xəbər verir. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olundu.

2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşü zamanı təşkilata sədrlik Azərbaycana ötürüldü. Zirvə görüşündə qəbul olunan Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapdı. Beləliklə də 120 üzv dövlətin yekdil dəstəyi ilə Azərbaycanın üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcəyi elan olundu. Sədrliyi öz üzərinə götürən ölkə başçımız bəyan etdi ki, Azərbaycan beynəlxalq aləmdə üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün konkret addımlar atacaq, eyni zamanda həmrəyliyin gücləndirilməsi işini əsas prinsip tutacaq. Heç çəkinmədən deyə bilərik ki, bu gün əldə edilən nəticə bir daha sübut edir ki, Azərbaycan beynəlxalq qurumlar qarşısında götürdüyü bütün öhdəliklərə sadiqdir. Zirvə görüşü çərçivəsində cənab İlham Əliyev Azərbaycanda COVID-19 infeksiyasının qarşısının alınması istiqamətində operativ və zəruri addımlar atıldığını bildirdi və bu təcrübəni də dünya dövlətləri ilə bölüşməyə hazır olduğunu bəyan etdi. Cənab Prezident diqqətə çatdırdı ki, hətta bu çətin günlərdə belə Azərbaycan dövləti üçün ən prioritet məsələ insanların sağlamlığının və onların sosial müdafiəsinin gücləndirilməsi oldu.

Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlayıb və praktiki fəaliyyətə başlayıb. Koronavirus pandemiyası dünyada alışılmış vəziyyəti tamamilə dəyişib və nəticədə yeni reallıqlar meydana çıxıb. Azərbaycan yeni vəziyyətə çevik və adekvat cavab verən ilk dünya dövlətlərindən oldu. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü də bunu göstərir.

Bu gün COVID-19 qlobal pandemiyası dünya dövlətlərinin siyasətlərinin prioritet istiqamətlərinə mənfi təsir edir. Belə ki, dünya dövlətlərinin heç biri buna hazır deyildi. Cənab Prezidentin də vurğuladığı kimi, yalnız qarşılıqlı dəstək, özünə qapanmama və birgə səylərlə COVID-19-a qalib gələ bilərik. Yalnız bu halda bəşəriyyət bu bəladan canını qurtara bilər.

Azərbaycan tərəfinin müraciəti əsasında Ümumdünya Səhiyyə Təşkilatının aparıcı mütəxəssislərindən ibarət heyətinin mart ayında ölkəmizə səfər edərək vəziyyətlə tanış olduqdan sonra Azərbaycanın mövcud bəlaya qarşı həyata keçirdiyi tədbirlər planını təqdir etməsi hər bir vəziyyətdə Azərbaycanın dünya siyasi arenasındakı çağırışlara yaxından töhfə verdiyini sübut etmiş olur. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun istər Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünə qatılması, istərsə də ilə aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə COVID-19-a qarşı keçirilən və sədri olduğumuz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2-ci Zirvə görüşünə qatılması qurumun Azərbaycana olan müsbət münasibətindən xəbər verir. BMT Baş Assambleyasının sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun və Afrika İttifaqının Komissiyasının sədrinin Zirvə görüşünə qatılması görüşün əhəmiyyətini artıran faktlar sırasında yer alır.

Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən martın 23-də Prezident İlham Əliyevə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmiş və Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Cənab Prezidentin şəxsi nəzarəti altında Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ölkəmizdə keçirilməsi planlaşdırılan kütləvi tədbirlərin təxirə salınması və ya ləğv edilməsi, mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesinin tədricən dayandırılması, martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejimin və martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilməsi işlərinin görülməsi Azərbaycanın dünyanın dərdinə şərik olduğunu, bir ölkə kimi özünü beynəlxalq münasibətlər sisteminin layiqli üzvü kimi sübut etdiyinin əyani göstəricisidir. Həyata keçirilən bütün tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınmışdır. Son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamika müsbətdir ki, bu amil də birbaşa ölkə başçımızın siyasi iradəsi sayəsində mümkün olmuşdur.

Eyni zamanda, Zirvə görüşündə BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat və təşkilata üzv olan bir çox ölkələrin dövlət və hökumət başçıları çıxış edərək koronavirus pandemiyası ilə mübarizə yolları haqqında fikirlərini bölüşdülər, bu mübarizədə əməkdaşlığın əhəmiyyətini vurğuladılar. Bütün çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsləri yüksək qiymətləndirildi ki, belə çətin şəraitdə də bu Azərbaycan üçün böyük fəxr oldu. Bütövlükdə coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilən Zirvə görüşü bir daha onu sübut etdi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə özünün mühüm töhfəsini verir.

Xüsusi bir məqam ondan ibarətdir ki, məhz Azərbaycanın sədrliyi dövründə Hərəkatın tarixində bir ilkə də imza atıldı. Belə ki, Qoşulmama Hərəkatı ilə əks qütblərdə yer alan Avropa İttifaqının rəsmisinin zirvə görüşündə iştirakı və çıxışı baş tutdu. Beləliklə də nəinki normal dünya düzənində, hətta qlobal pandemiyanın yaratdığı mürəkkəb tarixi şəraitdə, dünya ölkələrinin öz sərhədləri daxilində mürəkkəb çağırışlarla rastlaşdığı bir zaman kəsiyində Bakı növbəti dəfə əks qütblərin birləşdiricisi rolunda çıxış etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə gənclər konfransı keçirilib

Estoniya mediası: Heydər Əliyev Azərbaycanın müasir tarixinin rəmzidir

“Sabah”ın baş məşqçisi: Yerli basketbolçularımızın diskvalifikasiyası bizə problem yaradacaq

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 267 nəfərə yüksəlib

Muxtar Babayev İslamabadda Azərbaycan parkını ziyarət edib

Bu gün tanınmış rəssam Eldar Zeynalovun xatirə günüdür

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edirlər
Dövlətimizin başçısı tədbirdə çıxış edib YENİLƏNİB

“Sakartvelo Respublika” qəzeti Gürcüstan və Azərbaycan xalqlarının nümunəvi dostluğunda Heydər Əliyevin rolundan yazıb

Özbəkistan ali məktəblərində Ulu Öndərə həsr olunan mühazirələr oxunub

Qazaxıstanda daşqından zərər çəkən 20,6 min ailə birdəfəlik müavinət alıb

Bakıdakı Rus evində Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə konsert keçirilib

Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib YENİLƏNİB

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Olimpiya lisenziyası qazanan Azərbaycan güləşçisi: Artıq bütün diqqətim Parisdədir

ABŞ Çin elektromobillərinə idxal rüsumunu dörd dəfə artırmağı planlaşdırır

Xaricdəki Azərbaycan evlərində həftəsonu məktəblərində təhsil alan uşaqların sayı açıqlanıb

Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyədə fəlakət zonasındakı sakinlərə yardımları davam etdirəcək

Politoloq: Bu gün inkişafda olan Azərbaycan-Slovakiya əlaqələrinin böyük perspektivləri var

Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb

FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Aİ Ukrayna üçün təhlükəsizlik zəmanəti layihəsini razılaşdırıb

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışda 4 qızıl medal qazanıb

Müasir müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir

Vəkil Arzuman Azaflı: İnsanların yardımın məhz Azərbaycan tərəfindən göstərildiyini bilməsi bizim üçün mühümdür

BMT: Çadın 6 milyon əhalisinin ərzaq yardımına ehtiyacı var

Ulu Öndərin anadan olmasının ildönümü Ər-Riyadda da qeyd edilib

Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür

Azərbaycan nefti ucuzlaşıb

“Böyük Dəbilqə”: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə qoşulur

Azərbaycan üçün Bolqarıstan Avropada ən etibarlı tərəfdaş ölkələrdən biridir ŞƏRH

Əlcəzairdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Səfir: Evian-lö-Bən meriyası Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktlarına etinasızlıq göstərdi

Azərbaycan Basketbol Liqası: Bu gün ikinci finalçı bəlli ola bilər

“Paris-2024”ə gedən yol: Mariya Stadnik üçün son şans

Baş nazir Əli Əsədov Mixail Mişustini yenidən Rusiya hökumətinin sədri təyin edilməsi münasibətilə təbrik edib

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

Yasamalda oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblar

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikintinin qarşısı alınıb VİDEO

Xankəndidə 38 avtomat silahı, 8 tapança, 14 tüfəng aşkarlanıb

Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

Dünya birjalarında neft ucuzlaşıb

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var

“Meta” öz çat-botu olan ödənişsiz saytı istifadəyə verib

Günəş qasırğası ABŞ-da enerji təchizatında fasilə yarada bilər

Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb

Tailandda cari ildə 61 nəfər günvurmadan ölüb

Türkiyənin Karabük Universitetində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konsert təşkil olunub

Yerdə güclü maqnit qasırğası baş verib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq silah paketi ayırıb

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir

Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb VİDEO

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Livanda qeyd edilib

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb VİDEO

Ulu Öndər Heydər Əliyevin andan olmasının 101-ci ildönümü Parisdə qeyd edilib VİDEO

CAR-da binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb

“Eurovision”un ikiqat qalibi Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB VİDEO

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB VİDEO

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB VİDEO

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB VİDEO

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib