SİYASƏT
Seçkilərdə Prezident İlham Əliyevin qələbəsi Azərbaycanın daha sanballı uğurlar qazanmasına imkan yaradacaqdır
Bakı, 23 oktyabr (AZƏRTAC). “Oktyabrın 9-da keçirilmiş demokratik seçkilər münasibətilə Sizi və bütün Azərbaycan Respublikasını təbrik edirəm. Cənab Prezident, bu seçkilərdə Azərbaycan xalqı Sizin ölkənin həqiqi lideri olduğunuza birmənalı dəstəyini ifadə etmişdir”.
Bu sözləri Argentina Parlamentinin Deputatlar Palatasında Neuken Xalq Hərəkatı Blokunun sədri Alisia Komelli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrikində yazmışdır.
Təbrikdə deyilir: “Argentina-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi ölkənizdə növbəti prezident seçkilərinin demokratik şəraitdə keçirilməsini alqışlayıram. Əminəm ki, bu seçim ölkənizin daha sanballı uğurlar qazanmasına imkan verəcəkdir”.
Argentinalı deputat təbrikini bu sözlərlə bitirir: “İnanıram ki, bu qələbə Azərbaycan ilə Argentina arasında təşəkkül tapmış strateji əlaqələrin davamlılığını və daha da möhkəmlənməsini təmin edəcəkdir. Fürsətdən istifadə edərək Sizi bir daha səmimi salamlayıram”.