Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfəvilərin xüsusi statuslu şəhərinin “Şah bazarı” - Ordubad Qeysəriyyəsi

Naxçıvan, 23 aprel, AZƏRTAC

Naxçıvanın ərazisində qədim dövrlərdən bəri bir çox sayda memarlıq abidəsi mövcuddur. Bu abidələrdən biri də Səfəvi hökmdarı I Şah Abbasın hakimiyyəti illərində Ordubad şəhərində inşa edilən və Azərbaycan memarlığının nadir nümunələrindən sayılan Qeysəriyyə abidəsidir. Ordubad şəhərinin mərkəzində, bazar meydanında yerləşən bu abidə orta əsrlər zamanı əhalinin və şəhərin ticarət-iqtisadi həyatında mühüm rol oynayıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müəyyən aşınmalara məruz qalsa da, zəmanəmizədək, əsasən salamat vəziyyətdə gəlib çatan, bu gün isə tam bərpa edilərək xalqımıza qaytarılan Qeysəriyyə abidəsi şəhərin mərkəzində, Dübəndi çayının sol sahilində, Came məscidinin lap yaxınlığında yerləşir. Bişmiş kərpicdən tikilmiş abidənin ümumi sahəsi 540 kvadratmetrdir. Memarlıq quruluşuna görə Qeysəriyyə binası ölçüsü 10x10 metr olan mərkəzi səkkizbucaqlı zaldan və onun üstünü - tavanını qapayan dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan, dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir. Keçidlərin tavanı 16 ədəd kiçik günbəzlərlə qapanıb. Bişmiş kərpicdən hörülən divarların qalınlığı 80 santimetrdir. Mərkəzi günbəz də daxil olmaqla, abidənin hündürlüyü 8,5 metrdir.

Qeysəriyyələr orta əsrlər zamanı şəhər ticarətində mühüm əhəmiyyət kəsb edən bazarlar qrupuna daxil idi. Bəzən “Bədistan” da adlanan bu abidələr üstüörtülü bazarlar tipinə aiddir. Bu bazarlarda, əsasən, xarici ölkələrdən gətirilmiş və ölkə sənətkarları tərəfindən hazırlanmış bahalı mallar, xüsusilə daş-qaş, cavahirat satıldığından onlara əhali arasında “Şah bazarı” da deyilirdi. Qaynaqlardan məlum olur ki, orta əsrlər zamanı hər şəhərdə Qeysəriyyə olmayıb. Məsələn, XVII əsrdə Mərənd şəhərində 3 min ev, 7 məscid, 3 karvansara, 5 hamam, 600 dükan, 70-ə qədər gəzməli xiyaban olsa da, orada Qeysəriyyə yox idi.

Orta əsrlərdə qeysəriyyələr, əsasən, ticarət-iqtisadi cəhətdən əhəmiyyətli şəhərlərdə fəaliyyət göstərdiyi üçün çox da böyük olmayan Ordubad şəhərində Qeysəriyyənin inşa edilməsi diqqəti cəlb edir. Bu, Ordubad şəhərinin Səfəvilər dövründə siyasi və ticarət-iqtisadi nüfuzunun artması ilə izah olunmalıdır. Çünki Ordubad şəhəri Səfəvilərin hakimiyyəti dövründə xüsusi statusla daim Səfəvi şahlarının diqqət və qayğısı ilə əhatə olunub. Hətta Səfəvi hökmdarı I Şah Abbas 1604-cü ildə fərman verərək Ordubad şəhər əhalisini xəzinəyə ödəniləcək bir sıra vergilərdən azad etmişdi. I Şah Abbas özü bir neçə dəfə Ordubadda olub, gözəl havası, dadlı meyvələri, təmiz suyu ilə seçilən bu şəhərdə və bəzi şəhərətrafı kəndlərdə gəzib istirahət edib. Məhz buna görə də göstərilən qayğının nəticəsi olaraq XVII əsrdə, I Şah Abbasın zamanında burada Qeysəriyyə binası inşa olunub.

Şərq memarlığında nadir abidələrdən olan Ordubad Qeysəriyyəsi uzun müddət tarixi və memarlıq ədəbiyyatında Zorxana binası kimi qələmə verilib, hətta sovet hakimiyyəti illərində cənubdan giriş qapısının yanında onun Zorxana binası olduğunu və tarix-mədəniyyət abidəsi kimi qorunduğunu bildirən lövhə vurulmuşdu. Akademik Ə.Salamzadə yazır ki, xalq arasında “Qeysəriyyə” adı ilə tanınması belə bir mülahizəni irəli sürməyə imkan verir ki, ola bilsin, bu binadan yalnız sonralar zorxana kimi istifadə olunub.

Yerli əhalinin söylədiyinə görə, zorxana kimi fəaliyyət göstərdiyi zaman binanın döşəməsinə səliqə ilə gəvən kolları düzərək üstünə narın torpaq tökərmişlər. Bundan sonra İrandan, Osmanlı dövlətindən və başqa yerlərdən gələn pəhləvanlar burada güləşərmişlər. Qalib gələn pəhləvan hücrədə əyləşən xandan mükafat olaraq bir kisə qızıl alarmış. XIX yüzillikdə Qeysəriyyə binasından müxtəlif məqsədlərlə istifadə olunub, orada ipəksarıyan sex fəaliyyət göstərib. Bu vəziyyət sovet hakimiyyəti illərində davam etdirilib. Həmin vaxt bina daxildən hissələrə bölünərək anbar, aşxana, mağaza kimi istifadə olunub. Bir müddət Came məscidində yerləşən Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə Qeysəriyyə binasına köçürülüb.

Zaman keçdikcə müəyyən aşınmalara məruz qaldığından Qeysəriyyə binasının bərpasına ehtiyac yaranıb. 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığı ilə Qeysəriyyə binasında əsaslı bərpa və təmir işləri aparılıb. Binanın dam örtüyü təmir olunub, köhnə şəbəkələr yeniləri ilə əvəz edilib, 200 kvadratmetr şəbəkə sistemi işlənib. Həmçinin binanın daxili divarları bərpa olunaraq naxışlı kərpiclərlə bəzədilib. Binada fəaliyyət göstərəcək Tarix-Diyarşünaslıq Muzeyi üçün fond otağı, əməkdaşlar üçün iş otaqları yaradılıb, ekspozisiya zalına uyğun işıqlandırma sistemi quraşdırılıb, fərdi qazanxana yaradılıb, abidənin ətrafı abadlaşdırılıb. Bərpa işləri başa çatdırıldıqdan sonra abidənin dövlət səviyyəsində açılışı olub. Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Azərbaycanın incisi olan Ordubadda tarixi abidələr bərpa olunur, onların gələcək nəsillərə çatdırılması təmin edilir. Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.

Yüksəksəviyyəli bərpa işləri və açılış mərasimindən sonra Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi yenidən Qeysəriyyə binasında öz fəaliyyətini davam etdirməyə başlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi

Deputat: Uşaqların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsi zəruridir

Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir

Nərimanov rayonunda obyektdə yanğın başlayıb

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək

Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Beş tondan artıq narkotik vasitə məhv edilib

FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib

Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir

Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib

Donald Tramp: İnflyasiyanı bəyənirəm

Teatr sənətinin vurğunu

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb

“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb

PMI rəsmisi: Azərbaycan innovasiya və insan kapitalına əsaslanan iqtisadiyyat qurur

Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq

Azərbaycan–Türkiyə münasibətləri Türk dünyasında əməkdaşlığın əsas dayaqlarından biridir ŞƏRH

Nazir müavini: Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır

Səudiyyə Ərəbistanı Livandan məhsul idxalına tətbiq etdiyi qadağanı ləğv edib

BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb

Krasnodar hava limanında 34 reys təxirə salınıb

® Əsəd Qurbanzadə: Unun alış qiyməti deyil, son məhsulun maya dəyəri əsas göstəricidir

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası regional istehsal və logistika mərkəzi rolunu oynayır

Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır

SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb

Aleksey Kim: Azərbaycan resurslara əsaslanan iqtisadiyyatdan innovasiyayönümlü modelə keçidi uğurla həyata keçirir

SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub

Xalq rəssamı Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlanıb

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

İcraçı direktor: Azərbaycanın süni intellekt iqtisadiyyatında regional mərkəzə çevrilməsi potensialı böyükdür

NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb

Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var

Culfada yaşayış binasında yanğın olub

Nazir müavini: Azərbaycan şirkətləri beynəlxalq səviyyədə rəqabət aparmaq imkanına malikdir

Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub

Nazirin müşaviri: Azərbaycan gələcəyin sənaye və texnologiyalarının formalaşdırılmasında ABŞ-nin tərəfdaşı olmağa hazırdır

Çinli alimlər irsi əzələ distrofiyasının müalicəsində ciddi irəliləyiş ediblər

Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb

“AmCham”: Məqsədimiz dövlət və özəl sektor arasında səmərəli əməkdaşlıq imkanlarının yaradılmasıdır

ABŞ-nin hücumu nəticəsində Oman körfəzində iki hindistanlı dənizçi həlak olub

Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb

Manna dövlətinin fundamental tədqiqatçısı: Solmaz Qaşqayın elmi irsi bu gün də aktualdır

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb

"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək

Küveyt hava məkanını yenidən açıb

Şəki REM-in əməkdaşları şəhid Məmmədiyyə Cabbarzadənin xatirəsini yad ediblər

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib

Amerikalı ekspert: TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan nefti 96 dollara satılıb

Abuzər Xələfov 95: Qərbi Azərbaycan İcmasında görkəmli alim yad edilib

Şimali Kipr Baş nazirinin müavini: Qardaş Azərbaycanla əlaqələrin dərinləşəcəyinə səmimi-qəlbdən ümid edirəm

“Yüksəliş”in İşçi Qrupu Londonda beynəlxalq qiymətləndirmə təcrübəsini öyrənir

“Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib

Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur

Vaşinqtonda keçirilən Trans-Xəzər Forumunda Orta Dəhlizin artan strateji rolu vurğulanıb

Bu gün futbol üzrə dünya çempionatı start götürür

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb