Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səhiyyə Nazirliyində ilin yekunları müzakirə olunub

Bakı, 28 dekabr, AZƏRTAC

Dekabrın 28-də Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Səhiyyə Nazirliyi tərəfindən 2018-ci il ərzində görülmüş işlər barədə məruzələr dinlənilib.

Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov çıxış edərək deyib ki, Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin nəticəsi olaraq Azərbaycanda çoxsaylı səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqla təchiz edilməsi bu il də həyata keçirilib. 2018-ci ildə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Respublika Narkoloji Mərkəzi, Naftalan, Quba rayon mərkəzi xəstəxanaları əsaslı təmir-tikinti işlərindən sonra ən müasir tibbi avadanlıqla təchiz edilərək əhalinin istifadəsinə verilib. Buzovnada yerləşən Tibbi Reabilitasiya Mərkəzi, Qobustan, Qazax, Şəmkir, Goranboy rayon mərkəzi xəstəxanalarında təmir-tikinti işləri başa çatıb və gələn ilin ilk aylarında açılışa hazırlanır. Maddi-texniki bazanın inkişaf etdirilməsi ilə yanaşı, tibb müəssisələrinin yüksəkixtisaslı kadrlarla təminatı sahəsində nazirlik tərəfindən müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilib.

Qeyd edilib ki, il ərzində 18 yaşdan yuxarı əhalinin 77,4 faizi tibbi müayinələrdən keçirilib. Əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolu olub. 2018-ci ildə uşaqların 90 faizdən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilən uşaqların 5,5 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1,2 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub.

Ümumilikdə 2018-ci il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 49 milyondan çox müraciət olub, 727 min xəstə stasionar müalicə kursu keçib. Cari ildə 9 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə edib.

2018-ci ildə dövlət hesabına 998 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub.

“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası ilbəil gücləndirilir, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılır. Respublikamızda həyata keçirilən bu tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib.

Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdisə, 2018-ci ildə bu rəqəm 38 tona yaxın olub. Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısının alınması istiqamətində konkret addımlar atılır. İl ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub. Hazırda 1100-dən çox xəstənin dövlət hesabına innovasion preparatlarla təminatı həyata keçirilir. Beləliklə, əvvəllər mütləq ölümlə nəticələnən bu xəstəlikdən əziyyət çəkənlərin həyat keyfiyyəti yaxşılaşıb və bəzi hallarda sağalması mümkün olub.

Son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapıb. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəzdə 3600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar. İndi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 900-dən çox insan var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.

“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” çərçivəsində 800-ə yaxın xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Aparılan məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan hazırda immun çatışmazlığı virusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır. Səhiyyə Nazirliyi digər dövlət qurumlarının icra etdiyi bəzi dövlət proqramlarının icrasında da iştirak edir.

Qeyd edilib ki, indiyədək Səhiyyə Nazirliyi tərəfindən informasiya sistemlərinin tətbiqi sahəsində 40 elektron xidmət istifadəyə verilib. Mühüm məqamlardan biri də odur ki, bu vahid sistemin digər qurumların informasiya sistemlərinə və “Elektron hökumət” portalına inteqrasiyası da təmin edilib.

Hesabat ilində Səhiyyə Nazirliyinə müxtəlif məzmunlu 75 minə yaxın müraciət daxil olub. İnsanlardan birbaşa Səhiyyə Nazirliyinə daxil olmuş müraciətlərin əksər hissəsi yerindəcə öz həllini tapıb.

Sonra kollegiya iclasında K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev, Respublika Endokrinoloji Mərkəzinin direktoru Yusif İsmizadə, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Calalov və Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Gülnarə Musabəyova çıxış ediblər.

Sonra Oqtay Şirəliyev çıxış edərək Prezident İlham Əliyevin səhiyyə və tibb sahəsinə böyük diqqət və qayğısından danışıb. Nazir səhiyyənin prioritet istiqamətlərinə dair təsdiqlənmiş Dövlət proqramlarının uğurla tətbiqini, bu proqramların insanların həyatındakı xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, ana və uşaqların sağlamlığının qorunması məqsədilə qəbul edilmiş “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb. Hazırkı rəqəmlər, statistik göstərişlər səhiyyə sahəsinin istənilən bölməsində xeyli irəliləyişlərin əldə olunduğunu sübut edir. Uşaqların sağlamlığı ilə əlaqədar çox mühüm işlər görülür. Bunlardan biri uşaqların icbari dispanzerizasiyasıdır. Bu tədbir sayəsində azyaşlıların ölüm göstəriciləri dəfələrlə aşağı yenib. Dispanzerizasiya imkan verir ki, gələcək üçün yeni sağlam nəsil yetişsin. Lakin əldə olunan nailiyyətlərlə yanaşı, problemlər də mövcuddur. Bu gün bütün diqqət bu problemlərin həllinə səfərbər olmalıdır.

Sonda nazir İcbari Tibbi Sığortaya Keçidlə əlaqədar bütün hazırlıqların yekun mərhələdə olduğunu, Prezident İlham Əliyevin verdiyi tapşırıqlara əsasən 2019-cu ildə bütün lazımi tədbirlərin yerinə yetirilməsində səylə çalışılacağını vurğulayıb.

Kollegiya iclasının yekununda Səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən səhiyyə və tibb elmi sahəsində xüsusi xidmətlərinə görə fərqlənmiş bir sıra tibb işçisinə “Səhiyyə əlaçısı” döş nişanı və fəxri diplomlar təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib

Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur

Vaşinqtonda keçirilən Trans-Xəzər Forumu Orta Dəhlizin artan strateji rolunu önə çıxarıb

Futbol üzrə dünya çempionatı start götürür

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib