CƏMİYYƏT
“Şən və Hazırcavablar Klubu”nun Azərbaycan Prezidenti Kuboku uğrunda beynəlxalq turniri başa çatmışdır
![](/files/galleryphoto/2013/3/1200x630/14079270463763264354_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079270463056434886_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079270464215441561_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079270461873236656_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079270464456928190_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/140792704616430375_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079270464195623521_1200x630.jpg)
Bakı, 23 oktyabr (AZƏRTAC). Oktyabrın 23-də Heydər Əliyev Sarayında “Şən və Hazırcavablar Klubu”nun Azərbaycan Prezidenti Kuboku uğrunda beynəlxalq turniri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlamışdır.
Gecənin aparıcısı Şən və Hazırcavablar klubunun Beynəlxalq Birliyinin prezidenti Aleksandr Maslyakov münsiflər heyətini təqdim etmişdir.
Belə ki, münsiflər sırasında Yuliy Qusman, İndira Hacıyeva, Vitali Bəylərbəyov, Balaş Qasımov və başqaları yer almışlar.
Turnirdə Azərbaycanın “Bakı Yığması” komandası ilə yanaşı Rusiyanın “Triod i diod”, “Parapaparam”, “Sbornaya Kamzyakskoqo kraya”, “Raisı” komandaları və Ukraynanın “Dnepr” komandası qələbə uğrunda mübarizə aparmışlar. Yarışda Şən və Hazırcavablar Klubunun Beynəlxalq Birliyinin Yüksək Liqasının komandaları da iştirak etmişlər.
Münsiflər heyətinin qərarı ilə maraqlı mübarizə şəraitində keçən turnirin bütün komandalarına kubok və hədiyyələr verilmişdir.
Sonda Y.Qusman turnirin aparıcısı A.Maslyakova Azərbaycan Prezidenti Kubokunu təqdim etmişdir.