SEVASTOPOLUN “BELBEK” HAVA LİMANINDA QARŞILANMA
Sevastopol, 10 iyul (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün iyulun 10-da Ukraynaya işgüzar səfərə gəlmişdir.
Azərbaycan dövlətinin başçısını Sevastopolun “Belbek” hava limanında Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Milli geyimli qızlar Azərbaycan Prezidentinə duz-çörək və gül dəstəsi təqdim etdilər.
######
![]() |
![]() |

