İDMAN
Silahlı Qüvvələrdə voleybol üzrə birincilik başlayıb
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin idman zalında Silahlı Qüvvələrin voleybol üzrə birinciliyinə start verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, turnirdə müxtəlif qoşun növlərini, ayrı-ayrı hərbi hissə və tədris müəssisələrini təmsil edən 13 komanda medallar uğrunda mübarizə aparır. Yarışları beynəlxalq dərəcəli hakim Eldar Əliyevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.
Birinciliyin təntənəli açılış mərasimində çıxış edən Müdafiə Nazirliyi fiziki hazırlıq və idman bölməsinin rəisi, polkovnik-leytenant Sadiq Paşayev müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından yarış iştirakçılarına uğurlar arzulayıb.
Mərasimdə Müdafiə Nazirliyinin fiziki hazırlıq və idman bölməsinin keçmiş rəisi, avtomobil qəzasında dünyasını dəyişmiş polkovnik-leytenant Eldar Məmmədovun xatirəsi ehtiramla anılıb, mərhumun oğluna hədiyyə təqdim olunub.
Silahlı Qüvvələrin voleybol üzrə birinciliyi noyabrın 22-dək davam edəcək.
Turnirin qaliblərinə medallar, fəxri fərman və diplomlar təqdim olunacaq.