REGİONLAR
Siyəzənli gənclər təcrübə proqramları və iş imkanları barədə məlumatlandırılıblar
![](/files/galleryphoto/2022/3/1200x630/1666962877273346731_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/166696287745308562_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16669628774710324338_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1666962877626840462_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16669628772483118445_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16669628775688516569_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1666962877374355588_1200x630.jpg)
Siyəzən, 28 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzənli gənclərə "cvyarat.az", "E-sosial" platformalarında qeydiyyat, həmçinin Dövlət Məşğulluq Agentliyinin təcrübə proqramları və iş imkanları barədə məlumat verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işsiz gənclərin cəlb olunduğu “CV Center” layihəsi Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Siyəzən nümayəndəliyinin təşkilatçılığı, Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının dəstəyi ilə reallaşıb.
Layihə çərçivəsində gənclər GİKM-in karyera istiqamətli inkişaf proqramları barədə məlumat əldə edib, işəgötürənlərin işə qəbul prosesində CV-də hansı informasiyalara daha çox önəm verdiklərini öyrəniblər. Gənclər, həmçinin yerli müəssisələrin İnsan resursları şöbəsinin əməkdaşları ilə ünsiyyətdə olub, onlara suallarını ünvanlayıblar.