SOCAR istehsalat tullantılarının idarə olunması məqsədilə açıq hərrac keçirir
Bakı, 1 iyun, AZƏRTAC
SOCAR-ın Ekologiya İdarəsi təkrar istifadəyə yararlı istehsalat tullantılarının idarə olunması və özgəninkiləşdirilməsi məqsədilə açıq hərrac elan edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, hərracda tullantıların idarə edilməsi sahəsində praktik təcrübəyə, müvafiq texnologiya və resurslara malik olan ixtisaslaşmış şirkətlər iştirak edə bilər. Tədbirin əsas hədəfləri təsərrüfat fəaliyyətində formalaşan tullantıların yaratdığı neqativ təsirlərin azaldılması, təkrar istifadə oluna bilən, təkrar xammal xarakteri daşıyan tullantıların dövriyyəyə qaytarılmasıdır. Tullantıların təkrar istifadəyə qaytarılması prosesində üstünlük verilən əsas tələblər yeni tullantıların yaradılmaması, təhlükəsiz idarəetmə bacarığı, qəbul olunmuş istehsalat tullantılarının tam utilzasiyasıdır.
Xüsusi qeyd etmək lazımdır ki, təkrar istifadəsi nəzərdə tutulan tullantıların hərracı prosesində qalibin müəyyən olunması üçün iştirakçıların texniki və ya texnoloji imkanları, təklif edilən ekoloji dayanıqlı həllər və iqtisadi səmərəlilik mühüm şərt kimi nəzərə alınacaqdır. Hərrac iyunun 16-da saat 10:00-da COVID-19 karantin rejiminin tələbləri nəzərə alınmaqla telekonfrans formasında keçiriləcək. Tullantılar Qaradağ rayonunun Sahil qəsəbəsi, Puta-Korgöz-Qızıldaş-Sahil yolundakı Tullantıların İdarə Edilməsi Mərkəzində yerləşdirilmişdir. Qeyd edilən keçiddən - https://socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices hərrac elanı ilə tanış ola bilərsiniz.