SOCAR Ukraynada yeni sosial layihəyə başlayıb
Kiyev, 6 sentyabr, AZƏRTAC
“SOCAR Energy Ukraine” yeni sosial layihəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, yeni tədris ilinin başlanması münasibətilə ukraynalı məktəblilər həyatlarını qorumağa kömək edəcək ilk tibbi yardım dəstləri alacaqlar.
İlk tibbi yardım dəstlərində şagirdlərə və məktəb işçilərinə psixoloji yardım göstərilməsinə dair təlimatlar da var. Bu təlimatlar birinci xanım Yelena Zelenskanın Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Ukrayna Səhiyyə Nazirliyi tərəfindən əlaqələndirilən milli psixi sağlamlıq və psixososial dəstək proqramının yaradılması təşəbbüsünün bir hissəsi kimi hazırlanıb.
İlk tibbi yardım dəstləri sayəsində məktəblilər təhlükə yarandıqda özlərinin və ya ətrafdakı insanların həyatını xilas edə biləcəklər.
Onu da qeyd edək ki, Təhsil və Elm Nazirliyinin məlumatına əsasən bu il məktəblərin 64 faizində ənənəvi təhsil imkanını yaratmaq mümkün olub.
Xatırladaq ki, SOCAR Ukraynada sosial və mədəni layihələrin inkişafına artıq 6 milyon dollardan çox sərmayə qoyub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]