CƏMİYYƏT
Soliton Mağazalar Şəbəkəsi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün əyləncəli tədbir keçirib
Soliton Mağazalar Şəbəkəsi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin övladları üçün əyləncəli tədbir həyata keçirdi.
Tədbirin təşkilinə həssas və diqqətlə yanaşan Soliton komandası uşaqların maraqlı gün keçirməsi üçün əyləncəli proqramlar və oyunlar həyata keçirib. Tədbir üçün müxtəlif obrazlı qəhrəmanlar uşaqlarla birlikdə rəqs edib, oyunlar oynayıblar. Tədbirin bir hissəsi olan Food Blogger Nigar xanımla birlikdə uşaqlar üçün master-klas keçirilib və ləzzətli kokteyllər hazırlanıb. https://youtu.be/LV5Y-YZC83E
“Soliton şirkəti olaraq bu tədbirə sevgi və diqqətlə yanaşdıq. Vətən uğrunda canından keçən hər bir qəhrəmanımızın övladı bizim üçün çox dəyərlidir. Ümid edirik ki, birlikdə keçirdiyimiz bir gündə onlar üçün xoş xatirə yarada bildik. Uşaqlar bizim gələcəyimizdir və gələcək onların əlindədir. Atdıqları hər addımda onlara dəstək olmaq, onları qorumaq, sevgi ilə böyümələrinə dəstək olmaq bizim borcumuzdur. Bütün uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edirik”.