MƏDƏNİYYƏT
Strasburqda “Stalinlə ixtilaf xatirələri” kitabının fransızdilli oxucular üçün təqdimatı olacaq
Strasburq, 23 yanvar, AZƏRTAC
Yanvarın 29-da Strasburqun “Librairie Kleber” mötəbər kitab mağazasında bu şəhərdə fəaliyyət göstərən və Fransada Azərbaycan ədəbiyyatını təşviq edən nəşriyyat evi “Kəpəz”in çap etdiyi M.Ə.Rəsulzadənin “Stalinlə ixtilaf xatirələri” kitabının təqdimatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Strasburq Universitetinin müəllimi, Strasburq Vəkillər Kollegiyasının üzvü Tyeri Edmond təqdimata moderatorluq edəcək. Təqdimat mərasimində Strasburq Universitetinin professoru və kitaba “Ön söz” yazmış Stefan De Tapia və Strasburqun baş ravini, Avropa İnstitutlarının nümayəndəsi Mendel Samama təqdimatda çıxış edəcəklər.
Qeyd edək ki, “Kəpəz” nəşriyyat evinin əsas məqsədi ölkəmizin zəngin mədəniyyətini, ədəbiyyatını, yazıçılarını fransızdilli oxuculara çatdırmaq, onu təşviq etməkdir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [14:02]
Moskvada azərbaycanlı rejissorun filminin premyerası olub
- 03.06.2024 [12:19]
“Qaraca qız” tamaşasının premyerası olub
- 03.06.2024 [10:21]
Bu gün görkəmli şair Nazim Hikmətin anım günüdür
- 02.06.2024 [21:37]