İDMAN
Su polosu yarışında yarımfinala vəsiqə qazanan komandalar məlum olub
![](/files/galleryphoto/2015/2/1200x630/14345710463558222764_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434571046994156327_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345710461607942899_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434571046257133365_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434571046205467918_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345710462855915053_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345710464476328486_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345710465990829393_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345710464969260923_1200x630.jpg)
Bakı, 17 iyun, P.İmanova, T.Abdullayeva, AZƏRTAC
"Bakı-2015" birinci Avropa Oyunlarında su polosu üzrə yarışların altıncı gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün birinci yarısında qadınlardan ibarət komandalar üz-üzə gəlib. Yarımfinala Rusiya, Yunanıstan, Niderland və İspaniya komandaları vəsiqə qazanıb.
Kişilərdən ibarət komandalar arasında yarımfinala çıxmaq uğrunda Rusiya-İspaniya (9:14), Yunanıstan-Macarıstan (15:13), Almaniya-Xorvatiya (12:18), Serbiya-İtaliya (8:7) görüşləri keçirilib. İspaniya, Yunanıstan, Xorvatiya və Serbiya yığmaları yarımfinalda oynamaq şansı əldə ediblər.
Kişilərin yarışında 13-14-cü yerlər uğrunda Azərbaycan-Türkiyə görüşü isə 6:11 hesabı ilə nəticələnib. Beləliklə, Azərbaycan yarış cədvəlində 14-cü yeri tutub.