CƏMİYYƏT
Suda batmaq təhlükəsi ilə üzləşmiş üç nəfər xilas olunmuşdur
Bakı, 16 avqust (AZƏRTAC). Paytaxtın Səbail rayonunda bir nəfər intihar məqsədilə özünü dənizə atmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşı xilas etmişlər.
Mingəçevir su anbarında və Bakının Xəzər rayonunda da çimərkən batmaq təhlükəsi ilə üzləşmiş daha iki nəfər dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşdur.
Hadisələr müvafiq olaraq “Bakı-mərkəz” sularda xilasetmə məntəqəsindən və “Mingəçevir” sularda xilasetmə məntəqəsindən aralıdakı nəzarətsiz ərazilərdə, “Buzovna” sularda xilasetmə məntəqəsinin isə ərazisində qeyd alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]