İDMAN
Sumqayıtda “Live Your Goals”
Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 29-da Sumqayıtda “Kapital Bank Arena”da FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı keçiriləcək.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə FIFA-nın “Live Your Goals” instruktoru, tanınmış keçmiş qadın futbolçusu Hop Povell iştirak edəcək. Bundan əlavə, Face Art və hədiyyəli yarışlar təşkil olunacaq. Həmçinin uşaqlar tanınmış azərbaycanlı futbolçuların imzalı şəkillərini əldə edə biləcəklər.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların bu idman növünə cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması və bölgələrdə qadın futboluna marağın artırılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [21:08]
Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb
- 27.06.2024 [20:20]
Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb
- 27.06.2024 [18:48]
Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb
- 27.06.2024 [17:43]
Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi
- 27.06.2024 [16:23]
“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib
- 27.06.2024 [15:16]