CƏMİYYƏT
Sumqayıtda naməlum şəxslər evə silahlı basqın etmişlər
Bakı, 27 dekabr (AZƏRTAC). Dekabrın 27-də Sumqayıt şəhərinin “Qurd Dərəsi” bağlar yaşayış sahəsində yaşayan Mahir Hüseynovun evinə silahlı basqın olmuşdur. Üzünə maska taxmış 3 naməlum şəxs onu və arvadı Dilşadı bıçaqla hədələyərək əllərini bağlamış, evdən 1700 manat pul və 2000 manat dəyərində qızıl əşyaları aparmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktla bağlı cinayət işi başlanmışdır, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən ilkin əməliyyat-axtarış tədbirləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]