ELM VƏ TƏHSİL
Tarixçi alim “Azərbaycan” qəzetində (1947-1949) Cənubi Azərbaycanın sosial və siyasi məsələlərinə dair araşdırmalar aparıb
Bakı, 18 dekabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, dosent Əli Fərhadovun “Azərbaycan” qəzetində (1947-1949) Cənubi Azərbaycanın sosial və siyasi məsələlərinə dair (ingilis dilində) məqaləsi yeni elmi araşdırmalardan bəhs edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, məqalədə “Azərbaycan” qəzetinin əsasən 1947-1949-cu il nömrələri əsasında Cənubi Azərbaycanda “21 Azər hərəkatı”na (12 dekabr 1945), milli maarifçiliyə baxış təqdim edilib.
Qəzetdə şah rejiminə qarşı mübarizə, ictimai-siyasi, iqtisadi, mədəni, dini proseslərə baxış, dövrün inqilabçı və ziyalılarının əsərlərindən nümunələr, insan haqları, demokratiyaya keçid, milli, multikultural və ideoloji məsələlər yer alır.
Məqalədə mövzunun geniş təqdimi üçün qəzetin Təbrizdə nəşr olunmuş 1945-1946-cı il nömrələrindən və dövrün tarixini işıqlandıran digər qaynaqlardan istifadə edilib.
Məqalə “Reconstructing the Past: Journal of Historical Studies” (Keçmişin yenidən bərpası: tarix araşdırmaları) adlı beynəlxalq elmi jurnalda dərc olunub.