Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Tarixçi alim: Xocalı soyqırımı sübut edir ki, erməni terroru faşizmin ən qəddar növü olub

Bakı, 26 fevral, AZƏRTAC

Faşizm soyqırımlarını, ekosidi və kultursidi özünün başlıca hədəflərinə çevirmiş ən təhlükəli hərbi-siyasi ideologiyadır. 2020-ci ilin payızında Müzəffər Azərbaycan Ordusu Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdikdən sonra dünya ictimaiyyəti şahid oldu ki, burada yaşayış məntəqələrinin, tarixi-mədəni abidələrin, flora və faunanın məhv edilməsinin, faydalı qazıntı yataqlarının talan edilməsinin əsas səbəbi erməni faşizmidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib. O bildirib ki, XIX əsrin əvvəllərində çar Rusiyasının yadelli etnik ünsür olan erməniləri kütləvi şəkildə Qərbi Azərbaycan ərazisinə köçürməsi ilə Qafqaz regionunun tarixində faciəli dövr başlandı. Qısa müddətdən sonra terrorçu siyasi təşkilatlar yaradan ermənilər türk-müsəlman əhalisinə qarşı soyqırımlarına başladılar. Tarixçi alim XX əsrin əvvəllərində erməni silahlı dəstələrinin Şərqi Anadoluda və Azərbaycanda törətdiyi soyqırımları nəticəsində bir milyondan artıq insanın öz doğma el-obasını tərk edərək qaçqın vəziyyətinə düşdüyünü, minlərlə insanın qətlə yetirildiyini, yaşayış məntəqələrinin, tarixi-mədəni abidələrin viran edildiyini söyləyib.

“1948-1955-ci illərdə keçmiş SSRİ rəhbərliyinin fəal dəstəyi sayəsində Ermənistan hakim dairələrinin yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycan ərazisindən iki yüz min nəfərə yaxın, 1988-1991-ci illərdə isə iki yüz əlli min nəfərdən artıq azərbaycanlı öz əzəli yurd yerindən deportasiya edildi. 1988-ci ildə Ermənistanın əsassız olaraq Azərbaycan xalqına qarşı ərazi iddiaları ilə çıxış etməsi Qafqazda münaqişə ocağının yaranmasına səbəb oldu. 1992-ci ilin fevralında Xocalı soyqırımınadək ermənilər Qarabağın, Zəngəzurun və Qazaxın ayrı-ayrı kəndlərində azərbaycanlılara qarşı silsilə qətliamlar törətdilər. 1990-cı ilin martında erməni silahlılarının Qazax rayonunun Bağanis Ayrım kəndinə hücumu nəticəsində 7 nəfər azərbaycanlı qətlə yetirildi, bir ailənin 5 üzvü öldürülərək üstlərinə benzin tökülüb yandırıldı. 1991-ci ilin sentyabrında Ağdərə rayonunun İmarət-Qərvənd kəndinə qəfil hücuma keçən düşmən kəndi hər tərəfdən mühasirəyə aldı, dinc sakinlərə məxsus evlər yandırıldı və 15 nəfər şəhid oldu. Oktyabrda isə Tuğ kəndinin işğalı zamanı 5 nəfər dinc sakin terrorun qurbanı oldu. Dekabrın 23-də erməni silahlıları Meşəli kəndini mühasirəyə alaraq 12 nəfər dinc sakini qətlə yetirdilər. 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndinə hücum nəticəsində 101 nəfər dinc sakin erməni terrorunun qurbanı oldu. Fevral ayının sonunda isə erməni faşizminin ən qanlı cinayət aktı olan Xocalı soyqırımı törədildi.

Xocalı qatillərindən və “Asala” terror təşkilatının rəhbərlərindən biri olan Monte Melkonyan ABŞ-ın Berkli Universitetinin arxeologiya fakültəsini bitirib. O, ABŞ-ın Kaliforniya ştatında doğulsa da, Qarabağa azərbaycanlılara qarşı soyqırımı törətmək üçün gəlmişdi. Keçən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan rəhbərliyinin dəvətilə ABŞ-dan, Fransadan, Yunanıstandan, İrandan, Suriyadan və Livandan bir çox terrorçu qruplaşmaları Qarabağa gəldilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının əsgərləri və hərbi texnikası ilə birlikdə Xocalıda bəşəriyyətin tarixində ən qəddar cinayətlərdən birini törətdilər. Xocalının 613 nəfər dinc sakini məhz azərbaycanlı olduqları üçün qətlə yetirildi. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi. Xocalının 487 nəfər dinc sakin ağır yaralandı, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Erməni faşistləri əsir götürdükləri 1275 nəfərə amansiz işgəncələr verdilər”, - deyə Ramin Əlizadə qeyd edib.

Tarixçi alim Xocalı əhalisinin məhz azərbaycanlılar olduğu üçün soyqırımına məruz qaldığını bildirib: “Xocalı soyqırımını törədən faşist dəstələrinə S.Sarkisyan və R.Koçaryan, həmçinin müdafiə naziri S.Ohanyan rəhbərlik edirdi. Bu cinayətkarların bir çoxu sonradan Xocalı soyqırımını törətdiklərini etiraf ediblər. Ermənistanın sabiq prezidenti S.Sarkisyanın Xocalı soyqırımına haqq qazandırması Qafqaz regionunda faşizm təhlükəsinin möhkəmləndiyini bir daha təsdiq edir. S.Sarkisyan xarici mətbuata açıqlamasında deyib: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmaz. Biz bu stereotipi qıra bildik... Mən heç bir təəssüf hissi keçirmirəm..., hətta minlərlə əhali ölərsə, bu cür sərt gedişlər zəruridir”. Tanınmış rus yazıçısı və jurnalisti Y.Pompeyev “Qarabağ qan girdabında” adlı əsərində yazır ki, Xocalı hadisəsi Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi, ermənilər məhz bu terror aktı ilə öz vəhşiliklərini bütün dünyaya bəyan etdilər. Xocalı soyqırımı beynəlxalq cinayət faktıdır. XX əsrdə dünyanın heç bir yerində uşaqlar, qadınlar və yaşlı insanlar Xocalıda olduğu kimi xüsusi qəddarlıqla qətlə yetirilməyib. Xocalı soyqırımı sübut edir ki, erməni terroru faşizmin ən qəddar növü olub, nəinki Azərbaycan xalqı üçün, hətta bütün bəşəriyyət üçün təhlükəlidir. Buna görə də böyük dövlətlər və beynəlxalq təşkilatlar erməni faşizminin məkrli planlarının ifşa edilməsində Azərbaycana dəstək olmalıdırlar”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Abituriyentlərin Qarabağ Universitetini seçməsi onların gələcək karyerasına müsbət təsir edəcək

Otuz iki il əvvəl şəhidlik zirvəsinə ucalan iki döyüşçü Xaçmazda dəfn olunub

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib, sualları cavablandırılıb

Məhərrəm İbrahimovun şəhid olmasından üç il ötür

“Qarabağ” qapıçısı Andrey Lunyovla vidalaşıb

“Kişi və qadın” adlı yeni tamaşanın məşqlərinə başlanılıb

DSMF: May ayında 2,8 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

Omanda “Şuşa - Şərqin mədəniyyət beşiyi” adlı musiqili konsert keçirilib

Salvinidən Makrona təklif: get Ukraynada özün döyüş

Xətai rayonunda 11 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb VİDEO

Kəngərli rayonunda partlamamış 6 ədəd mərmi aşkar edilib

"Gənclər Paytaxtı” olan Şuşa şəhərinə simvolik açar təqdim edilib

London xəstəxanaları kiber hücuma məruz qalıb

Kriştiano Ronaldo kuboksuz mövsümü karyerasının ən yaxşısı adlandırıb

Türkiyə telekommunikasiya peykləri hazırlayan ölkələr sırasına qoşulub

Çində yük qatarı 6 dəmir yolu işçisini əzərək öldürüb

Şimal-qərb bölgəsi üzrə 1820 müəllim sertifikasiyaya cəlb olunacaq

BMT Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı hesabat hazırlayıb

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 438 nömrəli, “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında” 2007-ci il 12 mart tarixli 543 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

AzMİU: İmtahan sessiyası ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi ilə bağlı məktubu

“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərid Qayıbov: Şuşa hər birimiz üçün əzizdir

Qazaxıstan təmsilçisi: Ötən sərgi şirkətimiz üçün uğurlu keçdiyinə görə, yenidən iştirak etmək qərarına gəldik

Bursada meşəlik ərazidə yanğın başlayıb, bölgəyə çox sayda texnika cəlb edilib

Aydın Kərimov: Şuşanın gənclər paytaxtı seçilməsi bizim üçün rəmzi məna daşıyır

Dünya Bankı ilə Azərbaycanda investisiya mühitinin əlverişliliyinin daha da artırılması müzakirə olunub

"Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş fotomüsabiqə

Əhməd Rəcəbli küçəsinin bir hissəsində aparılan təmir işləri yekunlaşıb

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında mübarizə aparacaqlar

Sərgi iştirakçısı: “Caspian Oil&Gas” və “Caspian Power” yeni məhsulları nümayiş etdirmək üçün əlverişli fürsətdir

Professor Əziz Səncər: Azərbaycana bu səfərimdə insanlarda bir rahatlıq gördüm, indi torpaq dərdimiz yoxdur

“A-Hub” proqramının qalibi: Çox şadıq ki, yaratdığımız layihə yüksək qiymətləndirilib

İƏİT-in iclasında Azərbaycanın COP29-a ev sahibliyi etməsi barədə məlumat verilib

Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib YENİLƏNİB VİDEO

AQTA: Monitorinqlər zamanı 138 müəssisədə nöqsanlar aşkarlanıb

Britaniyanın Leyboristlər Partiyasının seçkilərdə rekord qələbə qazanacağı proqnozlaşdırılır

Şuşa İslam Əməkdaşlıq Təşkilatının 10-cu Gənclər Paytaxtına ev sahibliyi edir

® ABB-nin komandası turnirin qalibi olub!

“Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda dəyirmi masa təşkil edilib

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi məlum olub

SOCAR: Bizim əsas hədəfimiz azalma tempini stabilləşdirməkdir VİDEO

“Dönər House 24” adlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Bu ilin əvvəlindən Türkiyəni dörd milyonadək turist ziyarət edib

Gəncədə nöqsanlar aşkarlanan dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb

TƏBİB və “Sana” klinikası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Bakıda “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə yekun vurulub

BMU-da Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Qax Dövlət Kukla Teatrında yeni tamaşa hazırlanır

Birinci Qarabağ müharibəsi şəhidi Rüfət Cabbarov Siyəzəndə dəfn olunub

Türkiyədə kömür mədəni çöküb, bir işçi torpaq altında qalıb

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

İran Avrasiya İqtisadi İttifaqına müşahidəçi qismində qoşula bilər

Milli Məclis sədrinin müavini “Liderlik Akademiyası”nın iştirakçıları ilə görüşüb

Nizami Gəncəvinin “Xəmsə”si türk dilinə akademik səviyyədə tərcümə olunacaq

XXVII Peterburq Beynəlxalq İqtisadi Forumu platformasında “Rusiya-Azərbaycan” biznes-dialoqu keçiriləcək

Özbəkistanlı alimlər ADPU-nun Quba filialında olublar

Pedaqoji Universitetin 656 tələbəsi magistraturaya qəbul imtahanında iştirak edib

Otuz ildən sonra şəhid Abış Məhəmmədovun nəşi Qaradağda torpağa tapşırılıb

Arif Əsədov: Albaniya və Qazaxıstanın qarşısına qələbə qazanmaq əzmi ilə çıxacağıq

“Nobel Energy”: Xəzər dənizində əməliyyatlar aparmaq daha səmərəli və rahatdır VİDEO

DSX: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılıda dövlət sərhədinin mühafizəsi yüksək səviyyədə aparılır FOTOLAR VİDEO

“Naz-nazı” muğam qrupu Beynəlxalq Muğam Mərkəzində çıxış edib

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının Olimpiadaya lisenziyası təsdiqlənib

“Məşğulluğa dəstək layihəsi” çərçivəsində Bərdə şəhərində ictimai dinləmə keçirilib

BP: “Şahdəniz” qlobal layihədir VİDEO

İspaniya Baş nazirinin həyat yoldaşı məhkəməyə çağırılıb

Moskva Ankaranın BRICS-ə üzv olmaq istəyini alqışlayır

“Manqurt” tamaşası yenidən Akademik Milli Dram Teatrının səhnəsində

Kibertəhlükəsizlik forumu ilə bağlı 5 türk dövlətinin nümayəndəsi Bakıdadır

Belçika XİN-in başçısı Macarıstanı Aİ-də səsvermə hüququndan məhrum etməyə çağırıb

AQTA sədri Göyçayda vətəndaşları dinləyəcək

Laçında növbəti əmək yarmarkası keçiriləcək

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Tovuzda tibbi aksiya keçirəcək

AzMİU və Milan Texniki Universiteti əməkdaşlığı genişləndirir

AQTİ-də növbəti “Açıq qapı” günü keçiriləcək

MEDİA vətəndaşları saxta kampaniyalara qarşı sayıq olmağa çağırıb

“Johnson & Johnson” tərkibində asbest olan uşaq səpmə tozuna görə cərimələnib

NATO ABŞ-dan Avropaya qoşun gətirmək üçün plan hazırlayır

Dövlət Akademik Filarmoniyası iyun repertuarını açıqlayıb

Samuxda ərik festivalı keçiriləcək

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilir

Professor Əziz Səncər Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin müəllim və şagirdləri ilə görüşüb

Ədalət Hacıyev: Aktyor nəsillərinin yerdəyişməsi onu göstərir ki, teatr yaşayır

Britaniya təmiz enerji layihələrinə sərmayəni üç dəfə artırıb

Azərbaycan gimnastları beynəlxalq turniri 17 medalla başa vurublar

Şəki və Balakənin bağçası olmayan ucqar kəndlərində yeni pilot layihəyə start verilib VİDEO

Bugünkü hərracda tələb 73 milyon dollara yaxın olub

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışda kubokun sahibi olub

Nobel mükafatçısı Əziz Səncər ADA Universitetində olub

Hindistan parlamentinə seçkilərdə Modinin tərəfdarları liderlik edir

DİN: Binəqədi rayonunda narkotiklərlə bağlı 65 fakt müəyənləşdirilib

Azərbaycanlı pianoçunun COP29-a aid hazırladığı musiqi layihəsinin Danimarkada təqdimatı olub

Radiotezlik resurslarından və radioelektron vasitələrdən icazəsiz istifadə inzibati məsuliyyət yaradır

Azərbaycanda “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfrans keçirilir VİDEO

Ontario rəsmiləri Müstəqillik Günü ilə əlaqədar Azərbaycan icmasını təbrik ediblər

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib YENİLƏNƏCƏK VİDEO

Sabah Bakıda gündüz 31-36° dərəcə isti olacaq