Britaniyanın Leyboristlər Partiyasının seçkilərdə rekord qələbə qazanacağı proqnozlaşdırılır
London, 4 iyun, AZƏRTAC
Böyük Britaniyanın Leyboristlər Partiyasının iyulun 4-də keçiriləcək növbədənkənar parlament seçkilərində rekord qələbə qazanacağı proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə “YouGov”un apardığı son sorğu-anketlərdə qeyd edilib.
Anketə əsasən Leyboristlər Partiyasının tarixi bir qələbə ilə parlamentdə 422 yer qazanacağı proqnozlaşdırılır. Bununla da partiya 194 mandatlıq çoxluğa sahib olacaq.
Qeyd edək ki, bir partiya parlamentdə çoxluğu təmin etmək üçün yalnız 320-dən çox mandat qazanmalıdır. “YouGov” geniş mövzu dairəsində sorğular və rəy anketləri keçirən qlobal ictimai rəy və məlumat şirkətidir. Metodoloji dəqiqliyi ilə tanınan “YouGov”un sorğu nəticələri tez-tez media və tədqiqatlarda sitat gətirilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]