İran Avrasiya İqtisadi İttifaqına müşahidəçi qismində qoşula bilər
Moskva, 4 iyun, AZƏRTAC
İran Avrasiya İqtisadi İttifaqına (Aİİ) müşahidəçi qismində qoşula bilər.
AZƏRAC xəbər verir ki, bu barədə Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk məlumat verib.
Rusiya rəsmisi qeyd edib: “Müəyyən prosedurlar var, əgər onlara əməl olunarsa, prinsipcə, İranın Aİİ-də müşahidəsi ilə bağlı qərar dekabrın sonunda, təxminən bu il verilə bilər”.
Bundan əvvəl Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirilmişdi ki, İran bu assosiasiyada müşahidəçi olmaq üçün Aİİ-yə müraciət ünvanlayıb və onun rəsmi məktubu mayın 27-də qəbul edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]