Moskva Ankaranın BRICS-ə üzv olmaq istəyini alqışlayır
Moskva, 4 iyun, AZƏRTAC
Moskva Ankaranın BRICS-ə üzv olmaq istəyini alqışlayır. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinə səfəri zamanı Ankaranın BRICS-ə qoşulmaq istədiyini bəyan edib. O qeyd edib ki, bu məsələ iyunun 10-11-də Rusiyanın Nijni Novqorod şəhərində keçiriləcək BRICS ölkələri xarici işlər nazirlərinin iclasında müzakirə olunacaq.
Kremlin rəsmisi bildirib: “Biz, əlbəttə, qonşularımız, o cümlədən Türkiyə kimi mühüm tərəfdaşlar tərəfindən BRICS-ə marağın artmasını alqışlayırıq. Təbii ki, bu maraq mövzusu Rusiyanın sədrliyi ilə keçiriləcək və çox fəal şəkildə hazırlaşdığımız BRICS sammitinin gündəmində olacaq”.
Peskov qeyd edib ki, BRICS bütün maraqlı tərəflərlə əlaqələrin qurulmasında maraqlıdır. Onun sözlərinə görə, bu məqsədlə müxtəlif formatlar nəzərdən keçirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]