İspaniya Baş nazirinin həyat yoldaşı məhkəməyə çağırılıb
Bakı, 4 iyun, AZƏRTAC
İspaniyanın Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes mümkün biznes əlaqələri və korrupsiya ilə bağlı iş üzrə ifadə vermək üçün iyulun 5-də Madrid məhkəməsinə çağırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Madrid məhkəməsi Beqonya Qomesi biznes fəaliyyətində əlaqələrindən istifadə etməkdə və korrupsiyada şübhəli bilir. Təhqiqat işləri onun hökumətdən vəsait və dövlət müqavilələri alan bir neçə özəl şirkətlə əlaqələrinə yönəlib.
Baş nazir Pedro Sançes isə istintaq başlayandan sonra vəzifəsində qalıb-qalmayacağı barədə düşünmək üçün bir neçə gün ictimai tədbirlərini ləğv edib və sonradan hökumət başçısı postunu tərk etməyəcəyini açıqlayıb. O, həyat yoldaşına qarşı hücumlarda ölkənin sağçı və ifrat sağçı siyasi qüvvələrini günahlandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]