Belçika XİN-in başçısı Macarıstanı Aİ-də səsvermə hüququndan məhrum etməyə çağırıb
Brüssel, 4 iyun, AZƏRTAC
Belçika XİN-in başçısı Macarıstanı Avropa İttifaqında səsvermə hüququndan məhrum etməyə çağırıb.
AZƏRTAC DW telekanalının saytına istinadla xəbər verir ki, Belçikanın xarici işlər naziri Aca Ləbib bununla bağlı bəyanatla çıxış edib. O, Macarıstana münasibətdə Avropa İttifaqı Sazişinin 7-ci maddəsinə uyğun olaraq etimadsızlıq göstərilməsi prosedurunu tətbiq etməyə çağırıb.
Belçikanın naziri deyib: “İrəli getmək üçün ağır addımlarla hərəkət edən Avropamız var və təəssüf ki, bəzi dövlətlər, o cümlədən bir dövlət getdikcə daha çox blok və veto mövqeyini qəbul edir. Düşünürəm ki, qərar vermək üçün cəsarətimiz olmalıdır: 7-ci maddə üzrə sonuna qədər gedin, vetoya son qoyulmasını nəzərdə tutan 7-ci maddəni axıradək aktivləşdirin”.
Aca Ləbib əlavə edib ki, Avropa üçün həqiqət məqamı çatıb. Onun sözlərinə görə, Aİ ölkələri hazırda işlək olmayan mexanizmlərlə bağlı islahatlar aparmalıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]