NATO ABŞ-dan Avropaya qoşun gətirmək üçün plan hazırlayır
Bakı, 4 iyun, AZƏRTAC
NATO ölkələri Rusiya ilə birbaşa münaqişə vəziyyətində qoşunları ABŞ-dan Avropaya sürətlə köçürmək planı hazırlayır.
AZƏRTAC “The Telegraph” qəzetinə istinadla xəbər verir ki, NATO Avropada Rusiya ilə böyük müharibə baş verəcəyi təqdirdə amerikalı hərbçiləri və zirehli texnikanı tez bir zamanda cəbhə xəttinə yeritmək üçün çoxsaylı “yerüstü dəhlizlər” üzərində işləyir.
ABŞ silahlı qüvvələri əvvəlcədən müəyyən edilən beş limandan birinə, daha sonra isə logistik marşrutlar üzrə təyinat məntəqələrinə çatdırılacaq.
Nəşrin mənbələrinin məlumatına görə, NATO-nun hazırkı planları Amerika qoşunlarının Niderlanda, oradan isə dəmir yolu ilə Almaniyadan keçməklə Polşaya daşınmasını nəzərdə tutur. Alyans bu məqsədlə Norveç, İtaliya, Yunanıstan, Türkiyə, İsveç, Finlandiya və Baltikyanı ölkələrin limanlarından da istifadə etməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]