Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Taxıllara vegetasiya dövründə aqrotexniki qulluq işləri vaxtında və keyfiyyətlə göstərilməlidir

Taxıllara vegetasiya dövründə aqrotexniki qulluq işləri vaxtında və keyfiyyətlə göstərilməlidir

Qobustan, 2 mart, Adil Ağayev, AZƏRTAC

Taxılçılıq kənd təsərrüfatının əsasını təşkil edir. Belə ki, taxıl əsas ərzaq məhsulu olmaqla yanaşı, həm də heyvandarlıq və quşçuluq üçün yemdir. Bu baxımdan ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində təsdiq edilən 2-ci strateji hədəflə ərzaqlıq buğda istehsalının əkin sahəsini genişləndirmədən məhsuldarlıq və keyfiyyət göstəriciləri yüksəldilməklə artırılması nəzərdə tutulub. Bununla əlaqədar olaraq aqrar elmin qarşısında duran əsas məsələ vahid əkin sahəsindən daha yüksək miqdarda dən istehsal etməklə əhalinin taxıl və taxıl məhsullarına olan tələbatının tam ödənilməsidir. Bəs, taxılçılıqda yüksək məhsuldarlıq üçün fermerlər nəyi bilməlidirlər?

AZƏRTAC-ın bölgə müxbirinin sualını cavablandıran Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev deyib: “Taxılların becərilmə texnologiyasında göstərilən qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi əsas və həlledici amillərdən biridir. Payızlıq taxılların böyüyüb inkişaf etməsinə və məhsuldarlığına təsir edən amillər əsasən 2 qrupa bölünür. Buraya nizamlanmayan və nizamlanan amillər daxildir. Nizamlanmayan amillər (illik yağmurların miqdarı, günəş radiasiyası, illik fəal temperaturların cəmi və sair) əsasən təbii amilləri əhatə etməklə birbaşa idarə edilməyə və nəzarətə tabe olmur. Azərbaycan şəraitində bu amillərin çoxu kifayət miqdarda və yaxud artıqlaması ilə mövcud olmaqla, payızlıq taxılların məhsuldarlığını məhdudlaşdırmır. Ölkədə mövcud olan belə əlverişli təbii-iqlim şəraiti payızlıq taxıllardan daha yüksək - hər hektardan 70-80 sentner məhsul almağa imkan verir”.

Direktor deyib ki, yüksək dən məhsulunun formalaşmasına nizamlanan (suvarma, yemləmə gübrələrinin verilməsi, yaşıl malanın çəkilməsi, alaqlar, xəstəlik və zərərvericilərə qarşı mübarizə aparılması və sair) amilləri yüksək aqrotexniki səviyyədə idarə etməklə nail olmaq mümkündür. Məlumdur ki, payızlıq taxıllar qış dövründə xarici mühitin əlverişsiz amillərinin təsirindən inkişafdan qalır və bəzən də tamamilə məhv olur. Buna görə də zəmilərə qulluq işində əsas vəzifə qışda və erkən yazda bitkilərin qorunub saxlanmasıdır.

Yüksək məhsuldarlıq üçün gübrələmənin əhəmiyyəti böyükdür

Payızlıq taxıl əkini sahələrindən yüksək məhsul götürmək üçün gübrələmənin əhəmiyyəti böyükdür. Əkin sahələrinə mineral gübrələrin düzgün verilməsi bitkilərin normal böyüməsinə və inkişafina şərait yaradır, xəstəliyə, şaxtalara və quraqlığa davamlığını artırır. Bu baxımdan səpindən qabaq şum altına fiziki çəkidə hektara 120-140 kiloqram ammofos gübrəsinin verilməsi olduqca vacibdir. Hazırda respublikada dənli bitkilərin əsas hissəsini intensiv sortlar təşkil edir. Bu sortların qida maddələrinə yüksək dərəcədə tələbkar olduğunu nəzərə alaraq, gübrə normalarını nizamlamaq son dərəcədə vacibdir. Həmin sortlar əkilən sahələrə erkən yazda torpaq-iqlim şəraitindən asılı olaraq hər hektara fiziki çəkidə 250-300 kiloqram ammonium, yaxud 200 kiloqrama qədər karbamid verilməsi məsləhətdir. Azot gübrəsinin 15-20 faizi səpindən qabaq, 60 faizi erkən yazda, 20-25 faizi isə bitkilərin boruya çıxma mərhələsində yemləmə şəklində verilməlidir.

Yaz yemləmə gübrəsi taxılların boruya çıxma mərhələsindən qabaq, bitkilərin kollanma dövründə verilməlidir. Çünki bu zaman daxildə sünbül hələ formalaşmamış olur. Ona görə də qabaqcadan verilən yemləmə gübrəsi sünbüldə sünbülcüklərin sayını artırmaqla, onun tam formalaşmasına şərait yaradır. Buna görə də gübrələrin verilmə müddətlərinə düzgün riayət etmək lazımdır.

Torpaqdan istifadə zamanı onun təbii münbitliyi aşağı düşməməlidir. Bunun üçün bitkilərin torpaqdan apardıqları qida maddələri müxtəlif formalarda geri qaytarılmalıdır ki, buna əkinçilikdə qida maddələrinin qaytarılması qanunu deyilir. Torpaqdan aparılan və torpağa qaytarılan qida maddələrinin nisbəti balans üsulu ilə müəyyən edilir. Qida maddələrinin balansı müsbət olduqda torpağın təbii münbitliyinə xələl gəlmir.

Erkən yazda bitkilərə yemləmə gübrəsi verildikdən sonra
əkinləri yüngül dişli mala ilə malalamaq lazımdır

Faiq Xudayev bildirib ki, əkin sahələrində yaza yaxın torpaq bərkiyir. Bunun da nəticəsində bitkilərin köklərinə hava çətin keçir, torpaqda isə rütubətin daha çox buxarlanmasına şərait yaranır. Bunun qarşısını almaq üçün erkən yazda, əsasən də quraq dəmyə şəraitində bitkilərə yemləmə gübrəsi verildikdən sonra əkinləri səpinin köndələninə yüngül dişli mala ilə malalamaq lazımdır. Bu zaman əmələ gəlmiş xırda qaysaqlar dağıdılır, torpaqdan rütubətin buxarlanmasının qarşısı alınır, xırda alaq cücərtiləri məhv olur və kök sisteminin havalanması yaxşılaşır. Yadda saxlamaq lazımdır ki, əkinlərə mala bitkilərin tam kollanma mərhələsində çəkilməlidir.

Yüksək məhsul üçün mühüm şərtlərdən biri də suvarmadır

Onun sözlərinə görə, payızlıq dənli bitkilərdən yüksək məhsul götürülməsində mühüm şərtlərdən biri də suvarmadır. Torpaq-iqlim şəraitindən asılı olaraq vegetasiya dövründə payızlıq taxıllara iki-dörd dəfə su verilməlidir. Qışı yağmurlu keçən illərdə torpaq-iqlim şəraitindən asılı olaraq fevralın üçüncü və yaxud martın birinci ongünlüyündə birinci vegetasiya suvarmasına başlamaq məsləhət görülür.

Əgər səpindən sonra əkinlər suvarılmayıbsa və havalar quraq keçirsə, onda qış aylarında bitkilər mütləq suvarılmalıdır. Suvarılan bölgələrdə payızlıq taxıldan az məhsul götürülməsinin başlıca səbəblərindən biri də suvarmanın vaxtında aparılmamasıdır. Suvarmanın 8-10 gün gecikdirilməsi məhsulun 25-30 faiz azalmasına səbəb olur. Suvarma erkən səpin aparılmış sahələrdə başlanmalı və qısa müddətdə qurtarmalıdır. Bəzi təsərrüfat rəhbərləri və mütəxəssisləri cüzi miqdarda, yəni 15-20 mm yağıntı ilə kifayətlənərək suvarmanı dayandırırlar. Göstərilən miqdarda yağmur hektarda 150-200 m3 suya bərabərdir. Taxıl isə bundan xeyli artıq miqdarda rütubət tələb edir. Deməli, yağıntılar az olanda suvarmanı davam etdirmək məhsuldarlığı artırmaq deməkdir. Ümumiyyətlə, vegetasiya dövründə torpaqda olan nəmliyin miqdarına nəzarət etməklə onun tarla rütubət tutumunun 70-75 faizindən aşağı düşməsinə yol verilməməlidir.

Qlobal istiləşmə ilə əlaqədar su çatışmazlığı nəzərə alınaraq suvarma suyundan qənaətlə istifadə olunmalıdır. Bunun üçün əkinçilikdə suvarma suyuna qənaətedici texnologiyalar tətbiq edilir. Dənli bitkilərdə tirəli səpin texnologiyasının tətbiqi nəticəsində suvarma suyuna 25-30 faiz qənaət olunur. Taxılçılıqda yağışyağdırma üsulundan istifadə bitkilərin suvarılmasının ən səmərəli forması sayılır. Suvarma suyu ilə birlikdə bitkilərə peyin şirəsi verilməsi yaxşı nəticələrə gətirib çıxarır. Bu bir çox fermer təsərrüfatlarında sınaqdan keçirilib. Suvarmanın belə təşkilinə ciddi diqqət yetirilməlidir.

Alaq payızlıq taxılların məhsuldarlığını məhdudlaşdıran amillərdən biridir

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru deyib: “Alaq mədəni bitkilərin, o cümlədən payızlıq taxılların məhsuldarlığını məhdudlaşdıran amillərdən biridir. Alaq otları məhsuldarlığı aşağı salmaqla yanaşı, keyfiyyətini də pisləşdirir. Yazda taxıla qulluq işlərindən biri də alaqlara qarşı kimyəvi mübarizədir. Bu məqsədlə dövlət qeydiyyatından keçmiş kimyəvi preparatlardan istifadə edilməsi tövsiyə olunur. Hazırda birləpəli alaqlara (yabanı vələmir və sair) qarşı geniş istifadə olunan herbisidlərə əsasən “Puma Super” və “Topik” aiddir. “Puma Super” herbisidi hektara 0,6-0,8 litr, “Topik” herbisidi isə hektara 0,40-0,50 litr hesabı ilə verilir. Bu herbisidlərin göstərilən miqdarı 250-300 litr suda həll edilərək yazda payızlıq buğdanın kollanma mərhələsində sahələrə çilənməlidir. Əks halda onun səmərəliliyi az olar.

Taxıl əkinlərində geniş yayılmış ikiləpəli alaqlara (adi turpəng, çöl gülülü, çöl qanqalı, çöl sarmaşığı və sair) qarşı 2,4-D herbisidinin amin duzu hektara 1,5-2,0 kiloqram, “Lintur” 70 herbisdi 0,150-0,180 kiloqram, “Qran Star” herbisidi 0,018-0,020 kiloqram, “Taystar” herbisidi isə 0,01-0,05 kiloqram hesabı ilə verilir. Fermer təsərrüfatında aparılan monitorinqlər göstərir ki, “Topik” və “Lintur” herbisidlərinin qarışdırılaraq bir dəfəyə verilməsi iqtisadi cəhətdən daha səmərəlidir.

Əgər alaqların vurduğu ziyan iqtisadi cəhətdən ziyanlı hədd səviyyəsinə qalxmışdırsa onda herbisidlərin tətbiqi iqtisadi cəhətdən faydalı hesab oluna bilər. Vurulacaq ziyan sadəcə olaraq ziyanlı hədd səviyyəsində olmasa onda herbisidlərin tətbiqinə ehtiyac qalmır”.

Siçanabənzər gəmiricilər taxıllara daha çox ziyan vurur

Respublikada taxıllara qış-yaz dövründə siçanabənzər gəmiricilər daha çox ziyan vurur. Bu barədə danışan Faiq Xudayev qeyd edib ki, dəstə halında yaşayan bu gəmiricilər aran və dağətəyi rayonlarda geniş yayılıb. Bu məqsədlə avtol və ya bitki yağı qarışdırılmış 10 faizli sink-fosfidlə zəhərlənmiş dəndən istifadə olunur. Hazırlanan zəhərli dən mütləq sahədə əkilən sortun toxumundan olmalıdır ki, gələcəkdə sort qarışığına səbəb olmasın. Hər işçi yuvaya 0,5-1,0 qram hesabı ilə zəhərli dən qoyulur. Aldadıcı yemi bitkinin yaşıl, yumşaq hissələrindən hazırlamaq da olar. Onu topalar şəklində yığmağı və yüngülcə islatmağı lazım bilirik. Nəm ot çəkisinin 6 faizi qədər sink-fosfid götürülüb tozlanmalı və diqqətlə qarışdırılmalıdır. Çöl siçanları hazırlanmış belə aldadıcı yemi ilin istənilən vaxtlarında da yaxşı yeyir və məhv olurlar.

İnstitutunun direktoru onu da bildirib ki, fermer və digər kəndli təsərrüfatlarının rəhbərləri göstərilən aqrotexniki qulluq işlərini vaxtında və keyfiyyətlə yerinə yetirməklə yüksək taxıl məhsulunun əldə edilməsinə nail ola bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekvador polisi 2 tondan çox kokainin İspaniyaya göndərilməsinin qarşısını alıb

Dağıstanda silahlı hücumlar nəticəsində 9 nəfər ölüb, yaralılar var YENİLƏNİB-3 VİDEO

Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1100 nəfəri ötüb

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib

Bakı Slavyan Universitetinin məzun günü keçirilib

Azərbaycan güləşçiləri beynəlxalq turnirdə uğurla çıxış ediblər

Netanyahu: ABŞ-dan silah tədarükü məsələsi həll edilməlidir

Nümunəvi ictimai çimərliklər ziyarətçilərin istifadəsinə verilib

Ferstappen Formula 1 üzrə İspaniya Qran-Prisinin qalibi olub

Azərbaycanlı xeyriyyəçi türkiyəli şəhidin vəsiyyətini yerinə yetirib

Aİ Tokio və Seul ilə hərbi tərəfdaşlıq qurmaq niyyətindədir

Sloveniya Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq

NBC: Tramp vitse-prezident postuna kimin namizəd olacağına qərar verib

Bəzi dağlıq ərazilərdə küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda iştirak edəcəklər

Göyçayda kafe yanıb

Xaçmazda tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunub

Honkonq və Sinqapur əcnəbilərin yaşamaları üçün ən bahalı şəhərlərdir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər itkin düşüb VİDEO

Naxçıvan Qızlar Liseyinə ilk dəfə ölkə üzrə mərkəzləşmiş qaydada qəbul imtahanı keçirilib

Azərbaycan badmintonçuları Serbiyada dörd medal qazanıblar

DİM-in rəhbəri: Dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin olunması məqsədilə çoxşaxəli tədbirlər müəyyən edilib

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan veriblər

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

Məleykə Abbaszadə: Situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanmasını intensivləşdirmək üçün DİM prosesə mütəxəssisləri cəlb edib

Şamaxıda avtomat satmaq istəyən şəxs saxlanılıb

Sabah əksər rayonlarda hava əsasən yağmursuz keçəcək

Xalq təbabətinin unudulmuş reseptlərinə dair kitabın təqdimatı olub

Ucarda “Təmiz hava” aylığı çərçivəsində tədbir keçirilib

Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür

Azərbaycan çaylarında faktiki vəziyyət açıqlanıb

Odessada “Azərbaycan Evi”ndə diaspor nümayəndələri ilə görüş keçirilib

Abşeron rayonunda sursat aşkar edilib VİDEO

Azərbaycanın dəmir yolu stansiyalarında memarlıq irsi

“Avro 2024”: Bu gün III tura start veriləcək

“Sabah” braziliyalı futbolçu ilə yollarını ayırıb

Aleksey Borisov: COP29-un uğurlu təşkili dünya arenasında mövqeyini möhkəmləndirməkdə Azərbaycana kömək edəcək

Amerika Kuboku: Venesuela və Meksika yığmaları qalib gəlib

Ağstafada toyda kütləvi zəhərlənmə olub VİDEO

Xəzərdən sahilə, qurudan dənizə onlardan xəbərsiz meh də əsə bilməz... FOTOLAR VİDEO

Faktiki hava: bölgələrdə qeyri-sabit hava şəraiti davam edib

Yeni Kaledoniyanın müstəqillik tərəfdarları mühakimə üçün Fransaya aparılacaq

Bacısı oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Güclü külək və dolu 2 rayonda fəsadlar törədib

Fəallar Kembric Universitetinin binasını qırmızı rəngə boyayıb

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Yaponiya imperatoru və xanımı Britaniyada səfərdədir

Türkiyə millisinin baş məşqçisi: İlk 20 dəqiqə daha yaxşı oynadıq

Fransada leysan: Arıçılar narazıdır

Türkiyədə taksi sürücüləri üçün təhlükə xəbərdarlığı düyməsi tətbiq edilir

DİM aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirir

Bu gün 1300-dən çox namizəd rezidenturaya ikinci cəhd qəbul imtahanı verir

Özbəkistanda təbii qazın hasilatı azalıb

Türkiyədə son üç həftədə 399 meşə yanğını baş verib

Şahzadə Uilyam Teylor Sviftin konsertində iştirak edib

Azərbaycan özünün yaşıl gündəliyi ilə qlobal səylərə mühüm töhfə verməkdədir ŞƏRH

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniyada səfərdədir

Avro-2024: Belçika millisi ilk qələbəsini qazanıb

Qaxa leysanla müşayiət olunan dolu düşüb

Azərbaycanın bir qrup şəhid ailəsi Türkiyəyə səfər edib

Azərbaycan idmançıları BRICS Oyunlarını 34 medalla başa vurublar

Bakı-Quba yolunda qəza nəticəsində 2 nəfər xəsarət alıb VİDEO

QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar

Akademik: Zəngəzur dəhlizinin astanasında bu tədbirin böyük ictimai-siyasi əhəmiyyəti var

Avro-2024: Portuqaliya millisi Türkiyəni üç cavabsız qolla məğlub edib YENİLƏNİB-6

İstanbulda “Zəngəzur sənətkarlığı” adlı sərgi keçiriləcək

Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə QHT forumu keçiriləcək

“Qərbi Azərbaycana qayıdış” festival-konqresinin plenar iclasları keçirilib

Gürcüstanda 4,2 maqnitudalı zəlzələ olub

Ordubad rayonunda qərbi azərbaycanlılarla görüş keçirilib

Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu işə başlayıb

Avro-2024: Türkiyə və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Çexiya millisi debütantla bacarmayıb

Naxçıvanda yabanı halda bitən 74 tona yaxın çətənə bitkisi məhv edilib

Dənizkənarı Bulvarda “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilib - YENİLƏNİB

Beynəlxalq ekspert: Türkiyə və Azərbaycan kimi qardaş ölkələr TDT-nin verdiyi imkanlardan bəhrələnirlər – MÜSAHİBƏ

Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub VİDEO

Bakının 550 küçəsi yuyulub

İngiltərə klubu 21 yaşlı futbolçunu transfer edib

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan ayrılıb

Bəxtiyar Əliyev: Böyük türkmən şairi Məhtimqulunun ədəbi mirasına Azərbaycanda böyük maraq və ehtiram göstərilir

Azərbaycan neftçilərinin böyük əməyi olan “Vietsovpetro” şirkəti 250 milyon ton neft hasil edib

“Bavariya”nın məşqçisi 57 yaşında vəfat edib

Azərbaycan Dəmir Yollarının yaşıl enerjiyə keçidi

Abşeron rayonunda şəhid ailələri ilə görüş keçirilib

Astanada çoxmərtəbəli binada yanğın baş verib VİDEO

QHGT-nin İqlim Fəaliyyəti Forumunda gənclər iqlim dəyişikliyinin onların gündəlik həyatına təsirlərini təhlil ediblər

Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib

Mbappe Avropa çempionatı zamanı yoxlama oyununda iştirak edə bilər

Yaponiyanın məşhur avtomobil brendi elektromobil alışının artmasına görə Çindəki istehsalını azaldır

Tailand əcnəbi turistlər üçün pulsuz sığortanın müddətini uzadıb

Kitab karvanı ilə nağıllar dünyasına səyahət - Respublika Uşaq Kitabxanasından REPORTAJ

Deputatlar sertifikatlaşdırma imtahanını izləyiblər

Corc Vaşinqton Universitetinin məzunu: Azərbaycan təhsilində yaradılmış texnoloji həlləri qlobal bazara çıxarmağı planlaşdırırıq - MÜSAHİBƏ

Qəbələdə FHN-in Şimal-qərb Regional Mərkəzi yanğınlar zamanı davranış qaydaları ilə bağlı təlim keçirib 

® Nurlana Miabi: Kosmetologiyada 2024-cü ilin trendi təbii gözəllikdir

Avro-2024: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

Özbəkistanda qızlar üçün texnologiya proqramının növbəti mərhələsi keçirilib

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər VİDEO