REGİONLAR
Təcrübəsiz sürücülərin qarlı havada Qubanın dağlıq yollarından istifadə etməsi tövsiyə olunmur - Qəçrəş meşəsindən FOTOREPORTAJ
![](/files/galleryphoto/2023/3/1200x630/17028960083936816805_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17028960081318633226_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17028960086207332203_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17028960083634246077_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17028960084915732118_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17028960083255057695_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17028960085688526493_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702896008272031505_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17028960082828146180_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17028960082330831086_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702896008576639523_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702896009652951183_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17028960095079052429_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17028960096311962453_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17028960091023532023_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17028960092094064586_1200x630.jpg)
Quba, 18 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qar yağanda Qubadakı Qəçrəş meşələri göz oxşayır. Yayda olduğu kimi, qarlı-şaxtalı qışda da Qəçrəşdə yerli və xarici turistlərə rast gəlmək olur.
İstirahət üçün Qəçrəş meşələrinə üz tutan turistlər əsrarəngiz qış mənzərələrini seyr etməklə yanaşı, buradakı otel və restoranların xidmətlərindən də istifadə edirlər. Yerli sakinlər tərəfindən turistlərə atla gəzinti və dadlı göy qutabı da təklif edilir.
Quba-Xınalıq turizm marşrutu üzərində ən çox istirahət mərkəzləri də məhz Qəçrəş kəndi ərazisindədir.
Qubaya istirahətə gələnlər nəzərə almalıdırlar ki, qarın yağması ilə əlaqədar şimal bölgəsinin dağlıq ərazilərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşib. Təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Qubanın dağlıq yollarından istifadə etməsi tövsiyə olunmur.
Qəçrəşin ağ örpəyə büründüyü görüntülərlə AZƏRTAC-ın fotoreportajında tanış ola bilərsiniz.