SİYASƏT
Tehranda İƏT-in İqtisadi Tədqiqat Mərkəzinin Bakıda yaradılması barədə qərar qəbul edilmişdir
![Tehranda İƏT-in İqtisadi Tədqiqat Mərkəzinin Bakıda yaradılması barədə qərar qəbul edilmişdir](/files/2013/3/1200x630/14071451565397238104_1200x630.jpg)
Tehran, 26 noyabr (AZƏRTAC). İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Tehranda keçirilən XXI iclasında Bakıda İƏT-in İqtisadi Tədqiqat Mərkəzinin (İTM) yaradılması barədə qərar qəbul edilmişdir. Nazirlər Şurasının təsdiq etdiyi hesabatın 43-cü bəndində yazılır ki, Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının İqtisadi Tədqiqat Mərkəzi yaradılsın və onun əsasnaməsi təsdiq olunsun.
Əsasnaməyə görə, İTM İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iqtisadi inkişafı ilə bağlı strateji araşdırmalar aparacaq, iqtisadi layihələr, yeni iqtisad modellər təklif edəcək, səmərəli proqramlar hazırlayacaqdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran