Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 2 min 107 müraciət daxil olmuşdur
Bakı, 22 mart (AZƏRTAC). Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: [email protected]) bu ilin fevralında 2 min 107 müraciət daxil olmuşdur.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, müraciətlərin 1881-i telefonla, 226-sı elektron poçt vasitəsilə qəbul edilmişdir. Bütün müraciətlər qeydə alınmış, araşdırılmış və müvafiq tədbirlər görülmüşdür.
Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Sorğular ümumtəhsil məktəblərində IX və XI siniflərdə mərkəzləşdirilmiş yoxlama imtahanları, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin təşkili, keçirilməsi, təhsil sənədlərinin tanınması, xaricdə təhsil və sair məsələlərlə əlaqədardır.
Müraciətlərin bir qismində məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs olunur.
Şikayət xarakterli müraciətlərin əksəriyyəti ayrı-ayrı şəhər və rayonların ümumtəhsil məktəblərindən daxil olmuşdur. Həmin müraciətlər ümumtəhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsindəki çatışmazlıqlar, məktəbli forması və digər məsələlərlə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanda Qurban bayramıdır
- [09:00]