“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası ölkə birinciliyində qalib gəlib
Bakı, 3 aprel, AZƏRTAC
Martın 26-dan 31-dək 13-14 yaşlı boksçular arasında ölkə birinciliyi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 19 çəki dərəcəsi üzrə 50-dək komandanın, 294 idmançının qatıldığı yarışda “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası altı qızıl, iki gümüş və dörd bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutub.
Qeyd edək ki, mərkəzin yığma komandası bu ilin fevralında 15-16 yaşlı boksçular arasında keçirilən ölkə birinciliyinin də qalibi olub.