Tələbələrin diplom tamaşası: “Bremen musiqiçiləri”
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələrinin “Bremen musiqiçiləri” diplom tamaşası nümayiş olunub.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, tamaşada teatr sənəti fakültəsinin musiqili teatr aktyoru ixtisasının IV kurs tələbələri Seymur Xudiyev, Nəzrin Əliyeva, Kamil Nazim, Elvin Bəxtiyarlı, Nicat Qurbanzadə, Raksana İmir, Aytac Məmmədova, İmdad Tofiqoğlu, Aytac Quliyeva və Azad Şabanov çıxış ediblər.
Tamaşanı ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, teatr sənəti fakültəsinin dekanı, dosent Ellada Hüseynova izləyiblər.
İki gəncin saf sevgisindən bəhs edən tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, səs rejissoru Aygül Quliyeva, işıq rejissoru Vadim Kuskovdur.
Kursun rəhbəri Əməkdar artist Vidadi Həsənov, səhnə danışığı müəllimi dosent Kəmalə Mehdiyevadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:25]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
- 08.06.2026 [16:49]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:23]
AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub
- 08.06.2026 [16:13]