Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tematik əlavə
AZƏRBAYCAN

“İzvestiya” qəzetinin 24 aprel nömrəsində Azərbaycana həsr olunmuş tematik əlavə verilmişdir. AZƏRTAC həmin materialları oxuculara təqdim edir.

Layihə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin

köməyi ilə hazırlanmışdır

RUSİYA-AZƏRBAYCAN ƏMƏKDAŞLIĞI

KÖHNƏ MƏCRADA YENİ YOLLA

Prezidentlər Dmitri Medvedevin və İlham Əliyevin dövründə Rusiya-Azərbaycan əməkdaşlığının perspektivləri

Oleq SIQANOV

Varisliyin mahiyyəti

İkitərəfli münasibətlərdə nələrin “olması” və nələrin “olacağı” barədə danışmazdan əvvəl əməkdaşlığın (kadr və aparat məsələlərindən tutmuş xarici siyasət məsələlərinə qədər) həyata keçirildiyi şəraitə bir daha toxunmaq, hər iki ölkənin yaranan problemlərə məhəl qoymamasına deyil, onları bacarıqla həll etməsinə imkan verən məlum kompensasiya mexanizmlərinə bir daha nəzər salmaq lazımdır.

Kreml ilə qarşılıqlı anlaşmanın əldə edilmiş səviyyəsi ikitərəfli münasibətlər “körpüsünün” Azərbaycan tərəfində, ən azı, qorunub saxlanacaqdır, - 2008-ci il oktyabrın 15-də keçiriləcək prezident seçkilərindən sonra, çox güman ki, Azərbaycanın indiki Prezidenti vəzifəsində qalacaqdır. İlham Əliyevin nazirliklərdə və hökumətində edə biləcəyi kadr dəyişikliklərinə gəldikdə isə, - prezident seçkilərindən sonra bu, tamamilə qanunauyğundur, - onlar 2000-ci ildən etibarən Moskva ilə münasibətlərin Bakını tamamilə qane edən alqoritmini çox güman ki, dəyişməyəcəkdir. Bütövlükdə Rusiyaya xoş münasibət təkcə Heydər Əliyev - İlham Əliyev xəttinin nəticəsi deyil, həm də bütün Azərbaycan elitası daxilində Rusiyaya olan müsbət münasibət konsensusunun nəticəsidir.

İlham Əliyev Dmitri Medvedevlə o, hələ Rusiya Prezidenti administrasiyasının rəhbəri olduğu dövrdə şəxsən tanış olmuşdur. 2005-ci ilin yayında Medvedev Bakıya işgüzar səfərə gəlmişdir. Sonra daha bir neçə görüş, o cümlədən 2008-ci ildə MDB ölkələri dövlət başçılarının sonuncu qeyri-formal sammitində görüş olmuşdur.

Hazırda ikitərəfli münasibətlər elə vəziyyətdədir ki, hər hansı kəskin şərait yaranması çətin ki, mümkün olsun: sadəcə olaraq, ona görə ki, münasibətlər sisteminin özünün daxilində böhranların qarşısının alınması mexanizmi var. Məsələn, media məkanında bu və ya digər rusiyalı siyasətçilərin Azərbaycan barəsində, yaxud əksinə, azərbaycanlı siyasətçilərin Rusiya barəsində kəskin ifadələri ilə əlaqədar xoşagəlməz epizodlar və onlardan irəli gələn qalmaqallar hamıya məlumdur. Bəzən bu qalmaqallar XİN və başqa rəsmi strukturlar səviyyəsinə qaldırılır. Lakin bu münaqişəli vəziyyətlər və insidentlər münasibətləri heç vaxt əsaslı şəkildə pozmamış və əslində əməkdaşlığın iqtisadi blokuna təsir göstərməmişdir.

İkinci məqam münasibətlərin geosiyasi aspekti - ikitərəfli münasibətlərə üçüncü ölkələrin təsiri ilə bağlıdır. Burada ən “ağrılı” məqam Qarabağ münaqişəsidir. Lakin yenə də çoxdan məlumdur ki, bu mövzuya (daha dəqiq desək: Rusiyanın ATƏT-in Minsk qrupunun işində iştirakının keyfiyyəti, Kremlin Ermənistanın xeyrinə hərbi tarazlığı saxlaması və Bakıya mənfi təsir göstərən başqa məqamlar) münasibətlərin ayrıca bir bloku kimi baxılır ki, bu da əlaqələrin əsas məzmununa təsir göstərmir. Yeri gəlmişkən, Bakı ABŞ ilə münasibətlərini də eyni qaydada qurur.

Amerikanın regiondakı siyasətində 2008-ci ildə nə isə bir yenilik yaranması ehtimalı azdır. ABŞ Dövlət Departamentinin diplomatik fəallığı davam edir, lakin Buş administrasiyası “çamadanları yığışdırmaqla” məşğuldur: kadr heyəti öz perspektivlərini müəyyənləşdirir. Amerikanın təzə Prezidenti hətta respublikaçı olsa belə, onun yeni administrasiyası postsovet məkanındakı vəziyyətlə yalnız 2009-cu ilin baharından başlayaraq məşğul olacaqdır. Deməli, bu “sakitlik” dövründə Rusiya “nəticəsi sıfır olan oyun” məntiqi çərçivəsində hər hansı əks təşəbbüs (Putinin “Qəbələ” təklifi müəyyən mənada belə təşəbbüsdür) irəli sürməli olmayacaqdır.

Bakı Kremli o mənada başa düşür ki, Rusiya özünü müasir dünyanın müstəqil qüvvə mərkəzi kimi göstərir. Buna görə də İlham Əliyev Azərbaycanı öz arxasınca apararkən “çevik alyanslar” siyasəti qurur, yəni, əlbəttə, əgər onun qonşularının ağlı başındadırsa, özünü onlara qarşı qoymadan başqa geosiyasi mərkəzlərə eyni dərəcədə yaxınlaşmaq vəziyyətində qalmağa çalışır.

Putin-Medvedev cütlüyü Bakı ilə münasibətləri möhkəmləndirəcək

Medvedevin “erkən dövründə”, hər halda, ən azı, bir təqvim ili perspektivində Rusiya-Azərbaycan münasibətlərində ciddi mürəkkəbləşmə ehtimalı azdır. Əksinə, əməkdaşlığın bir neçə istiqaməti üzrə əlaqələrin möhkəmlənməsi üçün “pəncərə” açılır.

RF-nin üçüncü Prezidenti Dmitri Medvedev Putinin “işinin” davamçısı kimi hakimiyyətə gəlir. Buna görə də ondan MDB ölkələri ilə münasibətlər sahəsində hər hansı kəskin dəyişikliklər gözləməyə dəyməz. İnqilabi dəyişikliklər baş verəcəyini həm də ona görə gözləmək lazım deyil ki, qonşu ölkələrlə münasibətlərin bütün məsuliyyəti və bütün real rıçaqları hökumətin sədri Putinin əlində qala bilər. Axı, qonşularla ikitərəfli münasibətlərin saxlanması yükünün çox hissəsi və bu münasibətlərin real məzmunu məhz hökumət başçısının və onun tabeliyində olan nazirliklərin üzərinə düşür, prezidentlər isə yalnız dərkənar qoyurlar.

Konstitusion əyintilərə yol verilməsini istəməyən Putinin çıxışlarından görünür ki, yeni hökumət sədri ilə prezident arasında funksiyalar çətin ki, təzədən bölüşdürülsün. Konkret fərdlərə gəldikdə isə, iqtisadi əməkdaşlıq üzrə ikitərəfli Rusiya-Azərbaycan komissiyasının həmsədri olan Sergey Narışkin, çox güman ki, işin bu istiqamətinə görə məsuliyyət daşımaqda davam edəcəkdir. XİN-in güclənməsi, bu idarənin tam məsuliyyətinin bərpa edilməsi, xarici siyasi fəaliyyətə artıq Nazirlər Kabineti çərçivəsində daha çox nəzarət edilməsi və bu fəaliyyətin idarə edilməsi üçün XİN-in Prezidentin “kölgəsindən” çıxarılması da ehtimal edilir. Beləliklə, Moskvada və Kremldə baş verəcək təbii kadr rotasiyası Moskva ilə Bakının münasibətlərini mürəkkəbləşdirməyəcəkdir.

Son dövrlərdə Rusiya siyasətinin Medvedev və Putin tərəfindən bəyan edilən yeni meyillərini və məqamlarını Rusiya-Azərbaycan münasibətləri blokunda mövcud olan gözləntilər və resurslarla müqayisə etməyə çalışaq.

İqtisadiyyat

Təbii ki, Moskva MDB daxilində mövcud ifrastruktur əlaqələrinin saxlanmasına ümidini davam etdirəcəkdir. Bu əlaqələrin əsas mexanizmi dövlət inhisarçılarının ümumi layihələrini formalaşdıran dövlət-özəl qurumlar tərəfdaşlığıdır. Rusiyanın Azərbaycanla MDB-nin xammal bazarında mövcud olan iri müştərək layihələr (“KTK” və ya “RosUkr-Enerqo” birgə müəsissəsi, “KazRosQaz”) kimi layihələri yoxdur.

Lakin şərti “iri infrastruktur” qrupunda bir neçə uzunmüddətli layihə var: elektrik enerjisi şəbəkəsinin birləşdirilməsi; Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” dəmir yolu dəhlizinin yetərincə işə salınması (2008-ci il martın axırlarında Qəzvin-Rəşt-Astara (İran-Azərbaycan) dəmir yolunun tikintisi konsorsiumunun yaradılması şərtlərinə dair memorandum imzalanmışdır); “RusAl”ın Azərbaycan alüminium sənayesinə investisiyalar qoyulması məsələsi layihəsi gündəlikdə qalır; perspektivdə atom elektrik stansiyasının tikintisi; bundan əlavə, “Volqo-Don” kanalının şlüzlər sisteminin yenidən qurulmasında və ya bu kanalın ikinci qolunun tikintisində başqa investorlarla birlikdə Azərbaycanın da iştirak etməsinin mümkünlüyü.

Gördüyümüz kimi, müştərək layihələrin bir qismi artıq reallaşmanın müəyyən mərhələsindədir, elələri də var ki, onlar yalnız perspektivdə, müsbət meyillər güclənəcəyi halda yarana bilər. Əməkdaşlıq mövzularının çoxu qarşılıqlı əlaqəlidir. Məsələn, yeni alüminium zavodu tikilməsi məsələsi bilavasitə elektrik enerjisinin dəyəri və Azərbaycanda onun istehsal həcminin genişləndirilməsi ilə bağlıdır. Təbii ki, bunlar Cənubi Qafqaz, İran, Rusiya və Türkiyənin enerji şəbəkələrinin inteqrasiyasına söykənir ki, bu da yenə Azərbaycanın özündə elektrik stansiyalarının sayının artırılması ilə bilavasitə bağlıdır: Əliyev hökumətinin ölkənin energetikasının inkişafına dair qəbul etdiyi proqramda enerji güclərinin, - o cümlədən elektrik enerjisi ixracı üçün, - zəruri miqdarda artırılması nəzərdə tutulur.

Adları çəkilən atom elektrik stansiyası və “Volqa-Don” kanalının yenidən qurulması kimi daha uzaq perspektivli, Medvedevin prezidentliyi dövrünə təsadüf edə biləcək layihələrə gəldikdə isə, “Qazprom”un Azərbaycana yenidən, lakin bu dəfə Azərbaycan qazının alıcısı kimi qayıtması ehtimalı da var (Rusiya şirkəti və “Şahdəniz” yatağının operatoru, Norveçin “Statoil” şirkəti arasında bu cür danışıqlar aparılmışdır).

Bundan əlavə, Dmitri Medvedev MDB-nin üzvü olan bütün ölkələrə yüksək texnologiyalara əsaslanan birgə sənaye sahəsi - kadrların təhsilindən və hazırlanmasından başlamış yeni texnologiyaların sənaye miqyasında tətbiq edilməsinə, dünya miqyasında rəqabətədavamlı elmtutumlu məhsullar buraxılmasına qədər postindustrial sənaye istehsalı zənciri yaradılmasını təklif etmişdir. Azərbaycan əməkdaşlığın bu sahəsində marağı olan və fəal tərəfdaşa çevrilə bilərdi (mart ayında İlham Əliyev “Azərbaycan elmində islahatların aparılması ilə bağlı dövlət komissiyasının yaradılması haqqında” Sərəncam imzalamışdır ki, bu da Azərbaycan elminin beynəlxalq elmi məkana inteqrasiyasının sürətləndirilməsinin təmin edilməsinə yönəlmişdir). Dünya İqtisadi Forumu tərəfindən 2007-2008-ci illər üçün hazırlanmış “İnformasiya texnologiyalarının qlobal inkişafı haqqında hesabat”dakı cədvəldə Azərbaycan MDB üzrə bütün qonşularını, o cümlədən RF-ni də qabaqlayaraq, dünyanın 127 qabaqcıl ölkəsi arasında 67-ci yeri tutur.

“Bizim ölkələrimiz arasında siyasi, iqtisadi və ya başqa problemlər yoxdur”.

Azərbaycan Prezidenti İlham Əliyev

Lakin birgə inkişaf üçün nə cür hipotetik perspektivlərin və texniki imkanların mövcudluğundan asılı olmayaraq, onların reallığı siyasətdə xeyirxahlıq mühitindən və iqtisadiyyatda qarşılıqlı sərfəli əməkdaşlığın real bəhrələrindən asılı olacaqdır.

Hələlik Rusiya-Azərbaycan layihələrindən kapital axını müşahidə olunmur. Təbii ki, biznesin oyun qaydalarında həll edilməmiş problemlər olur (məsələn, KAMAZ konserni özü üçün vergi və gömrük prefensiyaları, eləcə də birgə layihələr çərçivəsində əldə olunan mənfəətin 75 faizini tələb etmişdi, bu isə Azərbaycan tərəfinə lap əvvəldən sərf edə bilməzdi). Azərbaycan ilə Rusiya arasında “İnvestisiyaların qorunması və təşviq edilməsi haqqında saziş”in olmaması xüsusən daha az müdafiə edilən orta səviyyəli investisiyalar üçün çox problemlər yaradır. Elə hallar var ki, Rusiya şirkətləri Azərbaycan bazarına bu cür sazişlər olan ölkələrin “bayraqları” altında gəlirlər. Yəqin ki, bu məsələni lap yaxın vaxtlarda həll etmək lazım gələcəkdir.

Bir neçə kəlmə də hər iki ölkənin əhalisinin əsas hissəsinə daha yaxın olan orta biznes haqqında. Biznesin bu sahəsi bir çox cəhətdən milli etnik üstünlük verilən dəyərlərə əsaslanır və Rusiyanın regionlarındakı Azərbaycan diasporu ilə bilavasitə bağlıdır. Azərbaycanda Rusiyanın iştirak etdiyi cəmi 308 şirkət qeydiyyata alınmışdır, onlardan 160-ı yüz faiz Rusiya kapitalı əsasında fəaliyyət göstərir. 2008-ci ildə bu cür təşkilatların sayının 400-ə çatacağı gözlənilir. Azərbaycanda müəssisələrin əvvəlki dövrlə müqayisədə daha tez qeydiyyata alınması imkanı bu məsələdə mühüm rol oynayır.

Orta biznes və istehlak bazarı səviyyəsində əmtəə dövriyyəsinin həcmində iri ticarət şəbəkələrinin ticarət dövriyyəsi böyük yer tutur, habelə Azərbaycan vətəndaşları tərəfindən Rusiyada avtomobil nəqliyyatı alınması da dövriyyənin xeyli hissəsini təşkil edir. 2008-ci ildə ümumi əmtəə dövriyyəsinin 2 milyard dollara çatdırılması nəzərdə tutulur, hər iki ölkənin iqtisadiyyatının ümumi artımını da nəzərə alsaq, əlverişli şəraitdə 2010-cu il üçün bu rəqəm iki dəfə arta bilər.

Təhlükəsizlik

Dolayı əlamətlərə görə yaxşı səviyyədə olan xüsusi xidmət idarələrinin əməkdaşlığı ikitərəfli təhlükəsizliyin ümumi məsələlərinə aiddir. Terrorizmə, siyasi böhranlara qarşı mübarizə, sərhəd nəzarəti və narkotrafik hər iki ölkə üçün ümumi məsələlərdir. Medvedevin prezidentliyi dövründə bu səviyyə yəqin ki, azalmayacaqdır. Xəzərdə təhlükəsizliyin təmin edilməsinə dair Rusiya proqramlarında əməkdaşlıq bir çox cəhətdən həmin proqramların Azərbaycanın hərbi dəniz qüvvələrinin özünün inkişafı ilə nə dərəcədə sinxronlaşmasından asılı olacaqdır. Bakının Şimali Atlantik alyansı ilə daha fəal əməkdaşlıq etmək səylərini başqa sahələrin inkişafının inkar edilməsi saymaq səhv olmazdı - burada birbaşa asılılıq yoxdur. Lakin, əlbəttə, Moskva Rusiyanın təşəbbüslərində Bakının daha fəal iştirak etməsini gözləyir.

Çox güman ki, digər daha “mülki xarakterli” bir sahədə fəallığın artacağını gözləmək olar. MDB dövlət başçılarının Moskvada keçirilmiş axırıncı qeyri-formal sammitində Medvedev MDB ölkələrinə fövqəladə hallar yaranacağı hallar üçün nəzərdə tutulan operativ yardım fondu yaradılmasını təklif etmişdir. İnfrastrukturun köhnəlməsinin hamı üçün ümumi problem olduğunu nəzərə alsaq, bu, ağlabatan təklifdir. Bundan əlavə, RF-nin və Azərbaycanın fövqəladə hallar nazirliklərinin müvafiq strukturları həm öz aralarında, həm də başqa ölkələrlə kifayət qədər sıx əməkdaşlıq edirlər, bu nazirliklər MDB məkanında ən səmərəli qurumlardan sayılır. MDB FHN başçılarının çoxu Sergey Şoyqunu şəxsən tanıyırlar və çox güman ki, o, Putinin başçılıq etdiyi hökumətdə də bu idarəyə rəhbərliyi davam etdirəcəkdir.

Qarabağ münaqişəsinin həllinə dair bəzi qeydlər. 2012-ci ilə qədər olan dövrdə (Medvedevin birinci prezidentlik müddətində) bu münaqişə ilə bağlı vəziyyətdə Azərbaycan rayonlarının Ermənistan silahlı qüvvələrinin nəzarətindən çıxarılması istiqamətində irəliləyiş ola bilər. ATƏT-in Minsk qrupundan olan vasitəçilər bu addımın reallaşması üçün praktik olaraq zəmin hazırlayıblar. Lakin vasitəçilər tərəfindən nəzarətlə bağlı bir sıra suallar yaranır: sülhməramlı qüvvələrin bölgəyə daxil edilməsi, böhrandan sonrakı dövrdə vəziyyətin monitorinqini həyata keçirən xidmətlərin burada olması, ərazinin minalardan təmizlənməsi ilə bağlı işlər və bir sıra başqa məsələlər. Bu prosesdə Rusiya tərəfinin iştirakı yəqin ki, Moskva ilə Bakının əməkdaşlığının yeni mövzularından biri olacaqdır. Doğrudur, Kosovonun müstəqilliyinin birtərəfli qaydada elan edilməsi ilə əlaqədar, Azərbaycan məsələnin bu cür yarımçıq həllindən imtina edə bilər - işğal edilmiş rayonların bir hissəsinin qaytarılması və sülhməramlı qüvvələrin həmin əraziyə daxil edilməsi özlüyündə Qarabağın Bakının faktik yirisdiksiyasına qaytarılması şansını artırmır.

Faşistlik edən gənclərdən ibarət qruplaşmaların Azərbaycan vətəndaşlarına və ya Azərbaycan millətindən olan Rusiya vətəndaşlarına etnik zəmində hücumları ikitərəfli təhlükəsizlik sahəsində ayrıca bir məsələ kimi qaldırıla bilər. Aydındır ki, bu problem müsbət meyillərə mənfi dissonans əlavə edəcəkdir, lakin bu mövzunun özü ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxır və yəqin ki, ona siyasi rəng verməməyə çalışacaqlar. Moskvadan ötrü əsas məsələ bu cür insidentlərin təhqiqatında və onların qarşısının alınmasında uğurlar nümayiş etdirməkdir.

Humanitar əməkdaşlıq

Bu sahənin inkişafı üçün əsas baza RF-dəki Azərbaycan diasporudur. Moskva diasporu Dmitri Medvedevlə tanışdır: O, Böyük Teatrda Rusiyada Azərbaycan İlinin bağlanışında rəsmi çıxış etmişdi. Elitalar səviyyəsində qeyri-formal əlaqələr də var və yəqin ki, bu, daha da inkişaf edəcəkdir.

MDB-nin elə həmin qeyri-rəsmi sammitində Medvedev yeni təşəbbüs kimi MDB məkanında kitabxanaların, muzeylərin rəqəmsal bazasını yaratmağı təklif etmişdi. Putin isə bu təklifə əlavə olaraq, MDB ölkələrinin dillərində olan bədii ədəbiyyatın rus dilinə böyük həcmdə tərcümə edilməsi təşəbbüsünü irəli sürmüşdü. Yeri gəlmişkən, Azərbaycan yazıçılarının əsərlərinin rus dilinə tərcüməsi işi artıq fəallaşmışdır, bundan əlavə, Azərbaycanın kitabxana fondlarına Rusiya “töhfələrinin” həcmi artır. Rusiya müxtəlif təhsil və multimedia layihələri irəli sürür.

Bu istiqamətdə Heydər Əliyev Fondu mühüm fəaliyyət göstərir, onun Moskvadakı nümayəndəliyinə İlham Əliyevin qızı rəhbərlik edir. Bu, Rusiyada fəaliyyət göstərilən və RF-nin MDB-də sosial-humanitar maraqlarının reallaşmasında xüsusi rol oynayacaq “Russkiy mir” fondunun funksiyaları ilə uzlaşır. Başqa sözlə desək, bu cür eyni istiqamətli təşəbbüslər yəqin ki, birgə səylərin tətbiq olunacağı nöqtələri tapacaqdır. Məsələn, öz mədəniyyətlərinin Rusiyadakı mənafelərini qoruyan dost fondların və qonşu ölkələrdə rusdilli məkanda rus mədəniyyətinin maraqlarını təmsil edən Rusiya fondlarının forumu və ya daimi konfransı təşkil edilə bilər.

İki ölkənin xalqları arasında vətəndaş etimadı və multietnik etimad ab-havası yaradılması yəqin ki, humanitar əməkdaşlıq sahəsində ən vacib məsələdir.

Ümumi sovet tarixi irsinin öyrənilməsi və onun münaqişəsiz təfsiri sahəsində kompleks səylər göstərilməsinin zəruriliyi də aşkardır. Bu, mövcud “qaranlıq səhifələr”, o cümlədən 1980-1990-cı illərə aid mürəkkəb məqamlar nəzərə alınmaqla, işin çox mühüm hissəsidir. Bir sözlə, Dmitri Medvedevin prezidentliyi dövründə humanitar əməkdaşlıq sahəsində birgə iş yeni və çox mühüm cəhətlər kəsb edə bilər.

Bəzi ikitərəfli humanitar təşəbbüsləri beynəlxalq səviyyəyə qaldırmaq olar.

Birlikdə daha güclüyük

Yəqin bunu izah etməyə ehtiyac yoxdur ki, Rusiya Azərbaycana heç də Azərbaycanın Rusiyaya lazım olduğundan az lazım deyildir. Ümumi vəziyyətin növbəti dəfə kəskinləşdiyi bir vaxtda bu böyük dünyada müttəfiqlərinin və tərəfdaşlarının olması təmtəraq deyil, zərurətdir. Bu, hər iki ölkənin güclü siyasətinin həm şərti, həm də nəticəsidir. Əməkdaşlığı gücləndirmək üçün bütün mümkün müsbət resurslardan istifadə etməyə səy göstərmək lazımdır. Rusiyanı və Azərbaycanı birləşdirən iqtisadi, sosial, humanitar körpülər öz yerində, ölkələrimizin davamlı və sürətli inkişafı baxımından biz istənilən müsbət amilləri artırmalıyıq. Özü də düşmənlərimizə sərfəli olan qarşıdurma və ziddiyyətlərdən uzaq olmağa çalışaraq, Heydər Əliyevin Azərbaycana vəsiyyət etdiyi kimi ölçülüb-biçilmiş yolu taparaq bacarıqla irəliləməliyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO